Müəzzəm Rəhbər qadınlar ilə görüşdü
İnqilab Rəhbəri qadının mövqeyini “idarəçi və təsirli” adlandırdılar Qərb mədəniyyəti qadınları əşyalaşdırdığına görə, tənqid olundu.
İslam İnqilabının Ali Rəhbəri ölkə qadınları və qızlarından minlərlə nəfərlə görüşdə, İslamın qadına olan baxışına işarə ediblər. Vurğulayıblar ki, qadın “evin işçisi deyil, onun müdiridir” və ictimai, iqtisadi və siyasi sahələrdə, hətta bir çox hökumət vəzifələrində kişi ilə bərabər hüquqlara malikdir. O həzrət İslamın qadına olan baxışını insan şərəfinə və ilahi lütfkarlığa söykənən bir yanaşma adlandırıb və onun Qərbin alət mədəniyyətinin qarşı nöqtəsində durduğunu bildiriblər.
Həzrət Ayətullahuluzma Xamenei Həzrət Fatimeyi-Zəhra səlamullahi ələyhin əhatəli şəxsiyyətinə işarə edib, o həzrəti ibadət, fədakarlıq, siyasi dərk, ictimai iştirak, övladın yetişdirilməsi və ailə həyatının idarə olunmasında misilsiz bir nümunə kimi təqdim ediblər. Qeyd ediblər ki, Quranın qadın barədəki təbirləri, bəşəriyyət tarixinin ən yüksək və ən qabaqcıl baxışlarındandır.
O həzrət qadın və kişini nəslin davam etdirilməsi, cəmiyyətin idarə olunması və sivilizasiyanın inkişafında, bir-birinə dəstək və insan həyatında “iki tamamlayıcı element” adlandırıblar.
Ailə qurmağın əhəmiyyətini vurğulayan İnqilab Rəhbəri qeyd ediblər ki, İslam/ qadın, kişi və övladlar üçün qarşılıqlı və dəqiq hüquqlar təyin edib və İslam mədəniyyətində ailənin rolu unudulmazdır.
İnqilab Rəhbəri qadınların hüquqlarını bəyan edərkən, “əməli və sosial ədalət”, “qadının təhlükəsizliyi və ləyaqətinin qorunması”, “bərabər əməkdə- bərabər əmək haqqı”, “sığorta və peşə imtiyazlarının təmin edilməsi”, “qadınlara məxsus məzuniyyətlər”, “həyat yoldaşının sevgisi” və “ailədə hər hansı zorakılığın qadağan edilməsi”nə təkid ediblər. O həzrət, İslam hədislərinə istinadla, qadını, hörmət və məhəbbətlə rəftar edilməli olan bir “çiçək” adlandırıblar.
Ev işlərinin qadına məcburi şəkildə yüklənməsinin doğru olmadığını bildirən İnqilab Rəhbəri, qadınların yaşayışın idarə edilməsindəki rollarını yüksək qiymətləndiriblər.
Həzrət Ayətullahuluzma Xamenei çıxışlarının digər hissəsində, Qərbin kapitalizm mədəniyyətini/ ailənin dağıdılması, qadınların əşyalaşdırılmaları, əxlaq pozğunluğunun yayılması və mütəşəkkil cinayətlərin rəvac tapmasının amili adlandırıblar.
İran İslam Respublikası sübut etdi ki, hicaba sadiq qalan müsəlman qadın, elmdə, idmanda, siyasətdə, texnologiyada və cihad sahələrində qabaqcıl ola bilər- deyə, İnqilab Rəhbəri vurğulayıblar.
İran qadınlarının inkişafını misilsiz adlandıran Həzrət Ayətullahuluzma Xamenei, mediaları qadına olan islami baxışı qabarıq göstməyə və Qərbin qadına olan yanlış baxışlarından çəkinməyə çağırıblar.