Dek 19, 2025 11:19 Asia/Baku
  • Sionist rejim qəsdən Suriyanı qəsb etmək və parçalamaq istəyir

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi sionist rejimin Suriyadakı Beyt-Cinn qəsəbəsinə qarşı təcavüzünü pisləyib. Bildirib ki, sionist rejim qəsdən Suriyanı qəsb etmək və parçalamaq istəyir.

İsrail rejiminin hərəkətləri Suriyanın işğalı, parçalanması və milli birliyinin zəiflədilməsinin təsbiti üzrə qəsdi-qərəzlik strategiyasının bir hissəsidir- deyə, İrəvani bildirib.

BMT Təhlükəsizlik Şurasınn iclasında çıxış edən İranın BMT-dəki daimi nümayəndəsi sonra belə söyləyib: Suriya keçid hökumətinin təşkilindən bir il ötür. Bu müddətdə, Dəməşq tərəfindən mühüm addımlar atılıb. Bununla belə, Suriya xalqı geniş ictimai, humanitar, iqtisadi və təhlükəsizlik çətinliklərilə üz-üzədir.

Suriya başçılarınn nəzarətindən kənarda qalan silahlı qrupların fəaliyyətlərinin davam etməsi, son dərəcə nigaranedici olaraq, milli birliyə, sabitliyə və sülhə qarşı ciddi təhdid hesab edilir- deyə, Əmir-Səid İrəvani vurğulayıb.