Bəqayi:
ABŞ-ın Haaqa məhkəməsinə qarşı sanksiyaları aşkar qanun pozuntusudur
Dek 19, 2025 11:21 Asia/Baku
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Amerikanın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalarını bir növ aşkar əxlaq pozuntusu və təqib altında olan canilərə açıq-aşkar və qəddarcasına toxunulmazlığın verilməsi adlandırıb.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi, “X” platformasındakı hesabında belə qeyd edib: Soyqırımçı və hərbi cinayətkarların bəşəriyyət əleyhinə cinayətlərini sərbəst şəkildə davam etdirdikləri bir halda, ABŞ dövlət departamenti/ bu caniləri cavabdeh etmək ardınca olan kəsləri qorxutmaq və sanksiya etmək kampaniyasını şiddətləndirir.
Bu iş, təqib altında olan cinayətkarlara açıq-aşkar və haqsızcasına toxunulmazlıq vermək və bir növ aşkar əxlaq pozuntusu deməkdir.