İİR XİN ABŞ-ın qanunsuz hərəkətlərinə etiraz edib
Amerikanın İran İslam Respublikasının Nyu-Yorkdakı nümayəndəliyinə təzyiq göstərmək üzrə qanuna zidd hərəkətlərinin davam etməsinin ardınca İran Xarici İşlər Nazirliyi bu hərəkətə cavab olaraq bir bəyanat yayıb.
İran Xarici İşlər Nazirliyinin bəyanatında belə deyilir: İrana qarşı hərbi təcavüz, İran vətəndaşlarının qırğın olunmalarında soyqırımçı bir rejimlə əlbirlik, qanunsuz sanksiyaların tətbiqi və BMT-yə ev sahibliyi imtiyazından sui-istifadə- bunların hamısı, bir bezin qırağıdır. Bu da, Amerika rejiminin BMT Nizamnaməsinə, beynəlxalq hüquqa, həmçinin insani-əxlaqi prinsiplərə aşkar şəkildə etinasızlıq göstərməsindən başqa bir şey deyildir.
ABŞ dövlət departamentinin bu pozuntuları ört-basdır etmək üçün “İran xalqına ürəkyananlıq” kimi riyakarcasına ad altında göstərdiyi səylər, hiyləgərcəsinə və ağılsız hərəkətlərdir.
İran xalqına qarşı qanunsuz sanksiyalar və onun BMT-dəki nümayəndələri əleyhinə qeyri-qanuni məhdudiyyətlər, birbaşa şəkildə diplomatik qaydaları və təməl insan hüquqlarını pozur.
Bu rəftar, üzv dövlətləri/ onların nümayəndələrinə əzab vermək yolu ilə qorxutmaq üzrə quldurcasına xarici siyasət vasitəsi kimi, BMT-yə ev sahibliyi mövqeyindən sui-istifadə etmək deməkdir.
BMT-yə ev sahibliyi öhdəliklərinə riayət, bir lütfkarlıq deyildir, əksinə, 1946-cı il müahidəsinə əsasən, zərurət gərirən hüquqqi bir borcdur