Sionist rejim qəsdən Suriyanı qəsb etmək və parçalamaq istəyir
https://azeri.sahartv.ir/news/İran-i422588-sionist_rejim_qəsdən_suriyanı_qəsb_etmək_və_parçalamaq_istəyir
İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi sionist rejimin Suriyadakı Beyt-Cinn qəsəbəsinə qarşı təcavüzünü pisləyib. Bildirib ki, sionist rejim qəsdən Suriyanı qəsb etmək və parçalamaq istəyir.
(last modified 2025-12-20T03:50:41+00:00 )
Dek 19, 2025 07:49 Asia/Baku
  • Sionist rejim qəsdən Suriyanı qəsb etmək və parçalamaq istəyir

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi sionist rejimin Suriyadakı Beyt-Cinn qəsəbəsinə qarşı təcavüzünü pisləyib. Bildirib ki, sionist rejim qəsdən Suriyanı qəsb etmək və parçalamaq istəyir.

İsrail rejiminin hərəkətləri Suriyanın işğalı, parçalanması və milli birliyinin zəiflədilməsinin təsbiti üzrə qəsdi-qərəzlik strategiyasının bir hissəsidir- deyə, İrəvani bildirib.

BMT Təhlükəsizlik Şurasınn iclasında çıxış edən İranın BMT-dəki daimi nümayəndəsi sonra belə söyləyib: Suriya keçid hökumətinin təşkilindən bir il ötür. Bu müddətdə, Dəməşq tərəfindən mühüm addımlar atılıb. Bununla belə, Suriya xalqı geniş ictimai, humanitar, iqtisadi və təhlükəsizlik çətinliklərilə üz-üzədir.

Suriya başçılarınn nəzarətindən kənarda qalan silahlı qrupların fəaliyyətlərinin davam etməsi, son dərəcə nigaranedici olaraq, milli birliyə, sabitliyə və sülhə qarşı ciddi təhdid hesab edilir- deyə, Əmir-Səid İrəvani vurğulayıb.