Dek 29, 2025 14:20 Asia/Baku
  • İran Silahlı Qüvvələrinin Baş Qərargahı xəbərdarlıq etdi: Düşmənlər yeni səhv etsələr, daha dağıdıcı zərbələr alacaqlar

İran Silahlı Qüvvələrinin Baş Qərargahı "9 Dey" gününün ildönümü münasibətilə verdiyi bəyanatda düşmənlərin hər hansı yeni təxribatına qarşı xəbərdarlıq edib və bildirib ki, İranın cavabı keçmişdəkindən daha sərt olacaq.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı "9 Dey" münasibətilə yaydığı bəyanatda bu günü İran xalqının ayıqlığı, vilayətə bağlılığı və düşmənlərin fitnələrinə qarşı dayanmasının rəmzi adlandırıb.

Bəyanatda İslam İnqilabı, Müqəddəs Müdafiə, Müqavimət Cəbhəsi şəhidlərinin və şəhid general Hacı Qasim Süleymaninin xatirəsi ehtiramla yad edilib və düşmənlərin təhdid, psixoloji müharibə və sanksiyalarının nəticə verməyəcəyi vurğulanıb.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı xalqın şüurlu iştirakı üçün təşəkkürünü bildirərək, dövlət rəsmilərini iqtisadi problemlərə diqqət yetirməyə çağırıb və Silahlı Qüvvələrin tam hazırlıq vəziyyətində ölkənin təhlükəsizliyinə xələl gəlməsinə imkan verməyəcəyini bəyan edib.

Bəyanatda qeyd olunub ki, düşmənlərin hər hansı yeni səhvi daha sərt, daha dağıdıcı və daha ağır cavablarla qarşılaşacaq.