Yan 03, 2026 12:03 Asia/Baku
  • Əmirəlmöminin(ə)-ın ədalət və təqvası, ölkənin ehtiyac duyduğu iki zirvədir

İslam İnqilabının Ali Rəhbəri Əmirəlmöminin(ə)-ın ədaləti və təqvasını ölkənin ehtiyac duyduğu iki zirvə və cəmiyyətin idarəsi üzrə ən vacib xüsusiyyətlərdən adlandırıblar.

Moləlmüvəhhidin Həzrət Əmirəlmöminin Əli ələyhissalamın səadətli mövludu gününün mübarək ildönümü ilə bir zamanda, onikigünlük müharibə şəhidləri- iqtidar şəhidlərinin möhtərəm ailələrindən minlərlə nəfər İslam İnqilabının Ali Rəhbəri ilə görüşüb.

Həzrət Ayətullahuluzma Xamenei düşmənlərin «yumşaq müharibəsi» qarşısında milli birliyin gücləndirilməsinin və sayıqlığın vacibliyinə təkid ediblər. Bildiriblər ki: «Aldatmaya, yalana, töhmətə və şayiə»yə əsaslanan bu müharibə, məhz Ələvi hökumətinin düşmənlərinin Həzrət Əli(ə) qarşısındakı hərbi məğlubiyyətlərdən sonra, o həzrətin hədəflərinin həyata keçməsinə mane olmaq üçün törətdikləri müharibədir.

O həzrət xalq təbəqələrinin, xüsusən də məsul şəxslərin Həzrət Əmir-in təqva üsullarına riayət etmələri zərurətinə işarə/ və belə əlavə ediblər: Ələvi ədaləti də ölkənin ən vacib və ən ciddi ehtiyacıdır və bu gün tarix boyu olmuş şiələrdən fərqli olaraq, ədaləti izləməmək və onu icra etməmək üçün bizim heç bir bəhanəmiz yoxdur, çünki, hökumət- İslam Respublikası, quruluş da- Ələvi quruluşudur.

İnqilab Rəhbəri bir gün ərzində üç peykin kosmosa göndərilməsini, həmçinin raket-müdafiə sənayesi, nano texnologiyası, müalicə, səhiyyə, biotexnologiya və aerokosmos da daxil olmaqla, ölkənin müxtəlif elmi sektorlarındakı heyranedici irəliləyişləri/ İranın xalqı və istedadlı və faydalı gənclərinin böyük işlərindən nümunələr adlandırıblar. Bildiriblər ki: Düşmən və təəssüflər olsun ki, daxildəki bəziləri/ sanksiya şəraitində baş verən bu böyük irəliləyişləri gizlədir və xalqa çatdırmırlar.

Həzrət Ayətullahuluzma Xamenei çıxışlarının digər bir hissəsində, bazar əhlinin keçən həftə olan toplantılarına işarə ediblər: Bazar və bazar əhli İslam İnqilabına və islami quruluşa ən sadiq təbəqələrdəndirlər.

O həzrət/ bazar əhlinin/ ticarət mühitinin səbatsızlığına bais olan milli valyutanın dəyərinin azalmasına olan etirazını dürüst söz adlandırıblar. Buyurublar ki: Yerli etirazdır, amma, etiraz iğtişaşdan fərqlənir. Biz etirazçı ilə danışacağıq. Məsullar etirazçı ilə danışmalıdırlar. İğtişaşçı ilə danışmaq isə, faydasızdır. İğtişaşçını yerində oturtmaq lazımdır!

O həzrət qeyd ediblər ki: Bir qrup adamın ölkəni təhlükəli etmək və təxribat törətmək niyyətilə müxtəlif adlar altında gəlib, mömin, sağlam və inqilabçı bazar əhlinin arxasında yerləşərək, onların etirazlarından sui-istifadə etməklə iğtişaş törətməsi, qətiyyən qəbulediləsi deyildir. Mütləq şəkildə düşmənin işini tanımaq lazımdır. Düşmən dinc oturmur. Əlbəttə, məsullarımız meydanda olublar və olacaqlar da; mühüm olan, xalqdır.