Ordunun baş komandanı xəbərdarlıq etdi:
Düşmən müdaxilə etməsin
İran İslam Respublikası Ordusunun baş komandanı ABŞ prezidenti və sionist rejimin baş nazirinə xəbərdarlıq edərək, bildirib ki, xalqın sinfi etirazlarına müdaxilə etməsinlər və İranın milli güc mənbələrindən uzaq dursunlar.
General-mayor Əmir Hatəmi Ordunun Komandanlıq və Qərargah Universitetinin tələbələri ilə görüşdə bildirib: "Xalqın etirazı ölkədə təbii bir haldır, lakin iğtişaşlar düşmənlərin planlaşdırdığı bir ssenaridir".
O əlavə edib ki, xalq ağıllı şəkildə öz sırasını iğtişaş törədənlərdən ayırıb və xarici təxribatların təsiri altına düşməyib.
Hatəmi qeyd edib ki, İranın strateji mövqeyi və İslam İnqilabının potensialları düşmənin təhdidlərini uğursuz edib və silahlı qüvvələr hər bir təcavüzkara qəti cavab verməyə hazırdır.
Ordunun baş komandanı ordunun, SEPAH-ın və nizam-intizam qüvvələrinin tam hazırlıq vəziyyətində olduğunu bildirərək, xalqın təhlükəsizliyinin qorunacağını və özünü millətin fədaisi hesab etdiyini deyib.
O əlavə edib ki, düşmənlər İranın daxili işlərinə müdaxilə etməyə ümid bəsləməməlidirlər.