200 gecəlik "iqtidar” toplanışları
https://azeri.sahartv.ir/news/İran-i423098-200_gecəlik_iqtidar_toplanışları
200 gecədir ki, İran müxtəlif şəhərlərində gecə saatlarında “güc nümayişi” xarakterli toplanışlar keçirilir. Bu 200 gecə ərzində baş verənlər yalnız siyasi hadisə deyil, bütün dünya analitikləri və siyasətçiləri üçün böyük bir dərsdir.
(last modified 2026-09-16T09:39:07+00:00 )
Sen 16, 2026 13:32 Asia/Baku
  • 200 gecəlik

200 gecədir ki, İran müxtəlif şəhərlərində gecə saatlarında “güc nümayişi” xarakterli toplanışlar keçirilir. Bu 200 gecə ərzində baş verənlər yalnız siyasi hadisə deyil, bütün dünya analitikləri və siyasətçiləri üçün böyük bir dərsdir.

İranın müxtəlif şəhərlərində 200 gecədir ki, "güc nümayişi" xarakterli toplantılar keçirilir.200 gecədir ki, İran küçələri misli görünməmiş kollektiv fəaliyyətin səhnəsinə çevrilib. ABŞ və sionist rejimin İrana hücumu ilə başlayan və hələ də davam edən Üçüncü Məcburi Müharibənin ilk gecələrindən etibarən İran xalqı hər gecə küçələrə çıxaraq, nəinki hakimiyyətə və onun dəyərlərinə dəstəyini nümayiş etdirib, həm də düşmən muzdlularının və agentlərinin ictimai təhlükəsizliyi təhdid etməsinə imkan verməyib.Müəllifin fikrincə, bu hadisəni yalnız siyasi reaksiya kimi deyil, ritual kommunikasiya çərçivəsində bir əlaqə mexanizmi kimi təhlil etmək lazımdır.Bu ritual xarakterli tədbir hər hansı xüsusi auditoriyaya deyil, bütün cəmiyyətə vahid məna ötürür: O məna bundan ibarətdir: “Bu cəmiyyət canlıdır, birlikdədir və özünü daxildən müdafiə edir.” Daha dəqiq desək, bu gecələr ərzində yaranan sadəcə bir mesaj deyil, ritualda kollektiv iştirak sayəsində mümkün olan ortaq bir sosial reallıqdır.Vətəndaşlar küçələrə çıxaraq ictimai məkanı muzdluların və iğtişaşçıların yaratdığı təhlükədən qoruduqda, əslində təhlükəsizliyi yalnız dövlət qurumlarından deyil, kollektiv iştirak ənənəsindən əldə edirlər. Bu, hərbi və təhlükəsizlik qüvvələrinin sayına deyil, xalqın iradəsinə əsaslanan daxili mənşəli və ya endogen təhlükəsizlikdir.Bu iki yüz gecə ərzində formalaşan şey sadəcə bir müqavimət forması deyil, həm də daxili mənşəli təhlükəsizlik yaradan mədəni bir mexanizmdir; bu, xalqın kollektiv iradəsinə əsaslanan və hər gecə onların iştirakı ilə yenidən canlanan bir mexanizmdir.Bu daxili mənşəli təhlükəsizlik milli kimlik və dini hisslərlə birləşdikdə daha dərin mədəni məna qazanır. Təcrübə göstərdi ki, milli kimliklə dini hisslərin vəhdəti bu kollektiv hərəkatın əsas gücü və birləşdirici amilidir. İran xalqı bu toplantılarda həm İran bayrağını daşıyır, həm şəhid İmamın intiqamı şüarını səsləndirir, həm də şəhidlərin xatirəsini və öz dini ideallarını yaşadır.Bir xalq həm vətən, həm də din naminə bir səslə hərəkət etdikdə, heç bir xarici qüvvə onu parçalaya bilməz.Bütün bunlar düşmən tərəfinin müharibədən əvvəl apardığı hesablamalarda sosial parçalanmaya və xalqın yorğunluğuna ümid bağladığı bir şəraitdə baş verib. Lakin İran xalqının 200 gecə davam edən fasiləsiz iştirakı bu hesablamaların yanlış olduğunu sübut etdi.Bu iştiraka strateji mesaj kimi baxmaq lazımdır: “İran öz xalqına arxalanaraq istənilən təhlükənin qarşısında dayana bilər.”Bu 200 gecə ərzində baş verənlər yalnız siyasi hadisə deyil, bütün dünya analitikləri və siyasətçiləri üçün böyük bir dərsdir. Bu təcrübə göstərir ki, hökumətin real gücü onun küçələrində və vətənini müdafiə etmək üçün hər gecə evindən çıxan insanların iradəsindədir.Daxili mənşəli təhlükəsizliyin mahiyyəti də məhz budur; heç bir düşmənin kənardan təhdid edə bilməyəcəyi bir təhlükəsizlik. Daha önəmlidi isə odur ki, bu təcrübə bizə öyrədir ki, hibrid müharibələr və media hücumları dövründə insanların ictimai məkandakı fiziki və ritual iştirakı özünəməxsus bir media vasitəsinə çevrilir. Bu elə bir mediadır ki, öz mesajını sözlərlə deyil, insanların insanların küçələrdə kollektiv şəkildə varlığı ilə çatdırır.