Sahibi dövran gələr inşaAllah
Ey könül,Sahibi-dövran gələr inşaAllah, Ağamın adına qurban,gələr inşaAllah. Pis günün ömrü olar çünki az,ey xəstə könül, Səbr elə,dərdivə dərman gələr inşaAllah. . .
Əsrlərdir ki, dünya məzlumları vəd olunan xilasedicinin zühurunu gözləyir. Bu intizar bir tərəfdən bəşəriyyəti ruhlandırır, digər tərəfdən isə gələcəkdə sülh və xoşbəxtlik müjdəsini verir.
Həzrət Məhdi (ə) İmam Həsən Əsgərinin oğludur . Onun anası Roma imperatorunun nəslindəndir və heyrətləndirici bir macəradan sonra İmam Həsən Əsgərinin həyat yoldaşı olur . Həzrət Məhdi dünyaya göz açandan sonra İmam Həsən Əsgəri gizlicə onu tərbiyə edirdi . Amma Məhdi (ə)-nin həyatı təhlükədə olduğuna görə uşaqlıq zamanı gözlərdən qeyb oldu. Əlbəttə bəzi müəyyən şəxslərin vasitələri ilə müəyyən zamana kimi başqaları ilə əlaqəsi var idi, amma Allahın iradəsi ilə tam olaraq qeyb oldu . Hazırda uzun illər bu macəradan keçir və çoxları onun zühurunu gözləyirlər.
Dünya xilasedicisinin zühur müjdəsi bəşər tarixində ortada olan mövzulardandır . Bu müjdələr səmavi peyğəmbərlərin ayinlərində daha geniş əks olunmuşdur.
Əslində qiyamət gününə inam yəhudi , Zərdüşt , Xristian və İslam dinlərində danılmaz üsullardan sayılır . Quran ayələrində də başqa peyğəmbərlərin qiyamətə inamları barəsində danışılmışdır . Ənbiya Surəsinin 5-ci ayəsində oxuyuruq: Biz əslində Davudun Zəbur kitabında bu böyük müjdəni qeyd etmişik. Bütün insanlar aləminə hökmdar seçilmiş və saleh bəndələrə aid olacaq . Bu ayədə bütün fəsadlar və şərlər aradan qaldırılmış bir dünyanın müjdəsi müşahidə olunur .
Davudun Zəburunda da daim böyük müjdəyə işarə olunur və Həzrət Davuda deyilir ki : Şər adamlardan incimə çünki ot kimi tez biçiləndirlər . Allaha arxalanın , çünki şər insanları məhv edib Allaha arxalananlar.
Zərdüştlərin dini kitabı olan Zənd də zülmün aradan getməsi və salehlərin varisliyinə işarə olunur . Bu kitabda xeyr və şərin daimi qarşıdurmasına toxunulur və deyilir : Şeytanların devrilməsindən sonra dünya əsas səadətə çatıbdır və bəşər xoşbəxtliyi hiss edəcək.
Hinduların ayinləri və kitablarında xilasedicidən söz açılır ,o cümlədən Məhabəharata ktiabında oxuyuruq: Bütün dinlər bu qənaətdədirlər ki, tarixin hər bir dövründə insan əxlaqi cəhətdən iflasa gedir . Zatən məbdədən uzaqlaşır və öz başına bu iflasa son qoya bilmir . Buna görə də bir gün vəhy və ilhamdan mənşə alan bir yüksək məqamlı şəxs zühur edib dünyanı cəhalət , qəflət və zülmdən xilas edəcək.
Musaya inanan yəhudilər də xilas edicini gözləyirlər.
Tövratda və digər yəhudi kitablarda daim bu mövzuya işarə olub.
Xristianların müqəddəs kitablarında son xilas edici barəsində müjdələr və işarələr mövcuddur.
Xilas edici və qiyamət mövzusu islamın təfəkkürü sahələrində xüsusi mövqeyə malikdir . İslam baxışında böyük xilas edici dəqiq xüsusiyyətləri ilə təqdim olunur və bu sahədə şübhəyə yol verilmir . İslam müjdə verir ki, bəşəriyyətin gələcəyində rifah , ədalət və azadlıqla təhlükəsizlik bərpa olunacaq .
Sünnilərin etibarlı kitablarının birində oxuyuruq Bir gün Əli (ə) oğlu Hüseynə buyurur : Mənim bu oğlum tayfanın böyüküdür necə ki Həzrət Rəsul onu Seyyid adlandırdı və onun övladlarından biri gələcək ki adı Peyğəmbərin adıdır , əxlaq və davranışı ona bənzəyir və yeri ədalətlə dolduracaq .
İmam Həsən Əsgəri buyurur: Allahı sitayiş edirəm ki, dünyamı dəyişməmiş canişinimi gördüm . O əxlaq və davranış və sima cəhətlərindin Peyğəmbərə ən çox bənzəyən şəxsdir . Allah onu qeybət zamanı qoruyub sonra onu aşkar edəcək.
Məhdi (ə)-in sifəti çox cazibəli və gözəldir . Allahın əzəməti qarşısında təvazökardır və özü də ilahi görkəmi təmsil edir . Məhdi (ə) ədalətli , yaxşı davranan və vüqarlıdır . O zərrə qədər haqdan keçən deyil və hidayət məşəli ilə dünyada seyr edib yekdillik və ədalətli bərpa edəcək.
İslamın Böyük Peyğəmbəri və din övliyaları onun ədalət sevərliyi və zülmə qarşı olduğuna işarə ediblər . Xilas edici rəvayətlərdə bu xüsusiyyətlərlə təqdim olunub : İlahi ehtiyat , Elmlər varisi , Kəskin qılınc , Sahibi Əmr .
Fransalı tarixçi Qustav Lobon deyir : Bəşəriyyətin ən böyük xidmətçiləri bəşəri ümidvar saxlayanlardır .
Həzrət Məhdi (ə)-ın zühurunu gözləmək gələcəyə yol göstərməkdən əlavə enerji də yaradır . Xalqın güclərini , xalqın güclərini birləşdirir və zülmə təslim olmağın qarşısını alır. Bu üzdən məzlum yol gözləyənlər dünyada zülmlər mübarizə aparır və hegemonçulara sinə gərir . Bununla əlaqədar Həzrət Ayətullah əl –Üzma Xamenei buyurub : Bəşər tarixinin səadət və sülhə tərəf hərəkətini gözləmək insanlar və dünya xalqları üçün ümid vericidir . Əgər günəş dünyanı işıqlandıracaq bu mənada deyil ki , biz o vaxta kimi qaranlıq da oturaq . Biz intizardayıq.
Yəni ümid edirik ki, şeytanla və Allah düşmənlərinin pis günə saldığı dünya bizim çalışqanlığımız nəticəsində insani dəyərlərə hörmətlə yanaşılan dünyaya çevriləcəkdir.
Əslində intizar mövcud vəziyyətə razı olmamaq mənasındadır . O vaxt ki, insan dünyanın ədalətin icra edilməsinə istiqamətlənməsini düşündü arxayınlıqla xeyr yolunda mübarizə aparar.
Hazırda dünya Ali Məhəmməd(s)-dən olan xilas edicinin zühurunu gözləyir . O haqqı batildən ayırd edən şəxsdir.
Həzrət Əli (ə)-ın təbirincə : Səmalar səslənəcək ki, həqiqətən Ali Məhəmməd haqlıdır. O zaman Məhdinin adı dillərə düşəcək və məhəbbəti ürəklərə oxşayıb bütün insanlar onu səsləyəcəklər.