Okt 10, 2015 14:46 Asia/Baku
  • “İman əldə köz saxlamaq kimi çətin olacaq” dövrünə gəldik çatdıq
    “İman əldə köz saxlamaq kimi çətin olacaq” dövrünə gəldik çatdıq

“İman əldə köz saxlamaq kimi çətin olacaq” dövrünə gəldik çatdıq


Yuxu...
- Bilirəm sən Əzrailsən (ə)


- Gözlərini niyə bağlayırsan? - ölüm mələyi soruşur...


Yuxuda olsa da "qorxuram" deməyə utanır. Əzrailə (ə) nə desin axı?

Əzrail (ə) yenə soruşur:
- İmam Hüseynin (ə) yanına getmək istəmirsən?
- Belə yox (şəhidlik arzusu gözünün qarşısına gəlir)...


Reallıq...
Qara 4 divar. Səccadə üstündə namaz qılır. Sanki qəbri xatırladır. Ancaq ruh azadəlik hiss edir. Sual edir: “ya Rəbb səndən nə istədim? (şəhadəti nəzərdə tutur)” Ürəyində cavabı eşidir: “O istəyin bu yoldan keçməlidir....”


Yuxu...
Qara külək onu qaldırır yuxarı. Qalxır göylərə. Sanki birdən yerə düşməyə başlayır. Bu hündürlükdən yerə düşən insanın aqibətini anlayır. Ancaq təvəssül edir. Yerə düşərkən səcdə halında düşür. Başını qaldırır, Nura tərəf boylanır. Mən Kərbəladayam, bu kimdir? Mənə şəfaət edən bu Ağadır...


Reallıq...
Kompyuterin qarşısı. Yuxarıda yazdığı “reallığ” üçün cümlə axtarır. Nə yazsın? Qeybət edən mömindənmi? Böhtan atan mücahiddənmi? Yalan danışan dostlardanmı? Təkəbbür edən cılızdanmı? Ağlayan acdanmı? Sızlayan əsirlərdənmi? Kor olan gözlərdənmi? Kar olan qulaqlardanmı? Höküməti tərif edən qaçqındanmı? Saunaların daimi sakini olan bəzi hacılardanmı? Görünür eşitdiyimiz “iman əldə köz saxlamaq kimi çətin olacaq” dövrünə gəldik çatdıq. İnsanları tanımaq, anlamaq olmur. Elə özümü də deyirəm, ayırmıram.


Ümid...
O gün gələcək. Bulud altındakı Sahibimiz (ə.f) zahir olacaq. Onda bilinər, kimlər yalançı idi, kimlər doğruçu. Onda bilinər kimlər Həzrəti qarşılamağa çıxa biləcək, kimlər qaçıb gizlənəcək. Amma O gələcək. Mütləq gələcək. Onda nə sən danışacaqsan, nə mən. Sözü O Həzrət deyəcək, O danışacaq.


Dua edək ki, O Həzrətin qarşısında onun əleyhinə söz deyənlərdən olmayaq.

Bəndə olmaq istəyən...

/haqyolu/

Teqlər