Nəhcül-Bəlağə bulağı -11(Audio)
Həzrət Məhəmməd(s)-in Əli (ə)-a münasibəti uşaqlıqdan o həzrətin mənəvi şəxsiyyətini bilməkdən irəli gəlmişdir.
Həzrət Peyğəmbər(s)-in Həzrət Əli(ə)-ı uşaqlıqdan öz yanına gətirib evində onun təlim-tərbiyəsi ilə məşğul olması barədə alimlər arasında yekdillik mövcuddur. İmam Əli (ə) həyatının ilk günlərindən Həzrət Məhəmməd(s)-in əxlaqı ilə tanış olmuşdur.
Həzrət Peyğəmbər(s)-in İmam Əli (ə)-ı uşaqlıqdan öz yanına aparması və özü ilə gizli ibadət etdiyi yerə aparması haqda tarixçilər müxtəlif səbəblər qeyd ediblər. Onların bəzisi bu məsələyə yalnız Əbutalibə minnətdarlıq və kömək etmək baxımından yanaşırlar. Çünki Həzrət Məhəmməd(s)-in özü uşaqlıqda babası Əbdülmütəllib və sonra əmisi Əbutalibin himyəsində olub, odur ki Əbutalibin bu baxımdan haqqını əda etmək istəmişdir deyirlər...