Aqilin dili ürəyinin arxasındadır, axmağın ağılı isə dilinin arxasında
Aqilin dili ürəyinin arxasındadır, axmağın ağılı isə dilinin arxasında
İmam Əli (ə) buyurur: “Aqil insan əvvəl fikirləşir və sonra danışır. Axmaq insan isə əksinə”.
İmam (ə) başqa yerdə buyurur: “Aqilin dili ürəyinin arxasındadır, axmağın ağılı isə dilinin arxasındadır”. Yəni, aqil insan bir söz deməzdən əvvəl düşünər və sonra onu deyər. Ancaq axmaq insan sözü deyər və sonra necə yersiz olduğunu anlayıb, peşman olar.
İmam (ə) axmağın başqa bir nişanəsi haqqında buyurur: “O kəs ki, insanların eybinə baxar və onları bəyənməz, ancaq özü həmin eyblərə malik olar, başqalarında gördüyü hər pis sifətə irad tutar, ancaq həmin sifət onun özündə olar – o, axmaqdır”. (Tebyan)
İmam (ə) başqa yerdə buyurur: “Kobudluq və sərtlik – dəliliyin bir növüdür. O kəs ki, bu işi görər, sonra peşman olar. Əgər peşman olmazsa, dəliliyi möhkəm olmuşdur deməkdir”.
İmam (ə) oğluna belə tövsiyə verir: “Oğlum, puç arzulara və əsassız xəyallara söykənməkdən çəkin ki, arzulara söykənmək – axmaqların sərmayəsidir”.
İmam Əli (ə) buyurur: “Aqil insan moizə və nəsihətlə yola gələr və o dördayaqlılardır ki, kötək yeyərək yola gələrlər”.
İmam Əli (ə) ağılı iki hissəyə bölür: zatı və fitri olan ağıl və təcrübədən əldə olunan ağıl. Zatı və fitri olan ağıl – idrakdır ki, Allah Təala bəni-Adəmdə qərar vermişdir. Ona görə ki, heyvanlardan, bitkilərdən və başqa varlıqlardan üstün olsa deyə. O biri ağıl isə təcrübədən əldə olunan ağıldır ki, insan onu başqa insanlarla ünsiyyətdən, fikir mübadiləsindən, tənqiddən, bəhs aparmaqdan əldə edir.
İmam (ə) buyurur: “Ağıl – təcrübələri qoruyan və saxlayandır”.
Bu barədə Həzrət Peyğəmbərimiz (s) buyurur: “Mömin və aqil insan bir dəlikdən iki dəfə sancılmaz”. Yəni, əgər birinci dəfə əlini deşiyə salsa və ilan onu çalsa, ağılı varsa bir daha əlini ora salmaz. Çünki təcrübəsi vardır.
Ağıla ziyan vuran amillər.
İnsan ağlını zay edən ən mühüm amil – onun nəfsidir. İnsan əgər nəfsinə məğlub olarsa, ağlını zay etmiş olar.
Şərab içmək – insan ağılını zay edən başqa bir amildir. Ona görə də İslam dini şərab içməyi qadağan etmişdir.
Ağıl qüvvəsini çiçəklənməyə ehtiyacı vardır. Çünki ağılın vəzifəsi vardır və bu vəzifə - insanı kamala çatdırmalıdır. Bu, həmin o ağıldır ki, onu başqa canlılardan fərqləndirir. Onun məxluqların ən üstünü edir. İnsan ağıl vadisində insanlığına qovuşur və Xaliqini ağlının yardımı ilə dərk edir.
/Deyerler.org/