Fev 20, 2016 19:25 Asia/Baku
  • hekayə- həzrət adəm
    hekayə- həzrət adəm

Bir gün Həzrət Adəm (ə) bir yerdə əyləşmişdi. Anidən 3 nurani və xoş üzlü və 3 qara və çirkin üzlü insanı görür.

Bu 6 nəfər onun yanına gəlir və nurani siması olanlar onun sağ tərəfində və qara üzü olanlar isə sol tərəfində əyləşirlər.

Həzrət Adəm (ə) üçün bu cür mənzərə təəccüblü və qeyri-adi idi. Onlardan özlərini tanıtmasını istəyir. Sonra üzünü sağ tərəfinə çevirərək, ağ simalıların birindən soruşur: Sən kimsən?


Deyir: Mən ağıl və dərkəm.


Soruşur: Sənin yerin haradadır?


Deyir: Mənim yerim insanın beynində və düşüncə yerindədir.


Həzrət Adəm (ə) başqa ağ üzlüdən soruşur: Sən kimsən?


Deyir: Mən mehr və sevgiyəm.


Soruşur: Sənin yerin haradadır?


Deyir: Mənim yerim insanın ürəyindədir.


Adəm (ə) ağ üzlü üçüncü nəfərdən soruşur: Sən kimsən?


Deyir: Mən həyayam.


Soruşur: Sənin yerin haradadır?


Deyir: Mənim yerim insanın gözündədir.


Bu yolla Həzrət Adəm (ə) başa düşür ki, ağlın mərkəzi beyindədir, sevginin yeri ürəkdədir, həyanın yeri isə insanın gözündədir.


Həzrət Adəm (ə) sol tərəfə baxır və birinci qara üzlüdən özünü tanıtmasını istəyir.


Soruşur: Sən kimsən?


Deyir: Mən təkəbbürəm.


Soruşur: Sənin yerin haradadır?


Deyir: Mənim yerim insanın beynində və düşüncə yerindədir.


Soruşur: Məgər orada ağıl yerləşmir?


Deyir: Niyə ki, ancaq o zaman ki, mən orada olaram, ağıl qaçar.


Həzrət Adəm (ə) ikinci qara üzlüdən soruşur: Sən kimsən?


Deyir: Mən həsədəm.


Soruşur: Sənin yerin haradadır?


Deyir: Mənim yerim insan ürəyindəndir.


Soruşur: Məgər mehr və sevgi orada yerləşmir?


Deyir: Niyə ki, ancaq o zaman ki, mən orada yer alaram, mehr və sevgi bayıra çıxar.


Həzrət Adəm (ə) üçüncü qara üzlüdən soruşur: Sən kimsən?


Deyir: Mən tamaham.


Soruşur: Sənin yerin haradadır?


Deyir: Mənim yerim insan gözündədir.


Soruşur: Məgər həya orada yerləşmir?


Deyir: Niyə ki, ancaq o zaman ki, orada yer alaram, həya gedər.


Bu yolla Həzrət Adəm (ə) dərk edir ki, təkəbbür və eqoistlik – ağlın düşməni, həsəd – aparmaq sevginin müxalifi, tamah isə həyanın ziddidir. (Tebyan)


 


/Deyerler.org/



Teqlər