Əhli-Beyti (ə) İslama xatir sevmək vəzifəsi
Əhli-Beyti (ə) İslama xatir sevmək vəzifəsi
İmam Səccad (ə) buyurur: “Bizi İslama xatir sevin”.
İslam Peyğəmbərinə (s) salavat göndərmək əslində təkcə gözəl sünnət deyildir, həm də İslam Peyğəmbərinin (s) İslam yolunda çəkdiyi əzab və əziyyətləri yada salıb unutmamaqdır. O Həzrəti (s) yada salaq ki, yolunu davam etdirə bilək. Onu yada salaq ki, ibadətini xatırlayaq. Onu yada salaq ki, dəvətini yada salaq. Onu yada salaq ki, mücadiləsini yada salaq.
Peyğəmbərlər (ə) və İmamlar (ə) – Allahın bəndələridir. İnsanın Allah yanında malik ola biləcəyi ən üstün sifət – bəndəlikdə ixlaslı olmasıdır. İmam Əli (ə) dualarında buyurardı: “Mənim izzətim üçün elə bu bəsdir ki, Sənin bəndən olum”. Məsumlarımızın (ə) hamısı bu bəndəlik məqamına çatmış və ən üstün izzəti əldə etmişdilər.
Həzrət Peyğəmbər (s) – Uca Allahın dostudur. O Həzrət (s) həm də əmindir. Əlbəttə, təkcə Qureyşin maddi əmanətlərinə qarşı deyil, İlahi vəhyə və İslam ümmətinə qarşı əmindir. O, İlahi vəhyin bir sözünü belə azaltmadı və çoxaltmadı. Bütün həyatı boyu İlahi risalətə uyğun yaşadı. (Tebyan)
Həyatının son günləri haqqında nəql edirlər ki, ölüm yatağında idi. İnsanlara xitab edərək buyurur: “O şeyi ki, Quran halal etmişdir, halal edirəm. O şeyi ki, Quran haram etmişdir, haram edirəm”. Həzrət (s) demək istəyirdi ki, mən risalətimi sizə çatdıranda əmin olmuşam. Özüm onu yerinə yetirən zaman da əmin olmuşam.
O, Allahın həbibi idi və Allah onu sevirdi. “De: «Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır»”. (“Ali-İmran” 31).
Allah Təala Həzrət Peyğəmbəri (s) bəndələri arasından seçmiş və üstün etmişdir. Ona görə də Həzrətin (s) ləqəblərindən biri də Muxtar və Mustafadır.
Əziz Peyğəmbərimiz (ə) İlahi sirlərin hafizi idi. O, Allahın sirlərinə qarşı əmin idi və son risaləti olan Əmirəl-möminin (ə) vilayətinə qarşı da əmin idi.
Biz Peyğəmbərə (s) salavat deyən zaman o Həzrəti (s) bu sifətlərlə yada salmalıyıq. Həmçinin deməliyik: “Ey Allahın Rəsulu! Bizim can və qəlbimizdə bu dərəcəyə çatandan sonra sənə ən gözəl salavatları göndərməkdən başqasına razı olmarıq. Salavat – ən pak, ən kamil salamdır. Sənə göndərilən bu gözəl salavat indiyə qədər heç bir peyğəmbərə göndərilməmişdir”.
Həzrətin (s) məqamı o qədər ucadır ki, Allah və mələklər belə ona salavat göndərirlər. “Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat) göndərirlər (Allah ona Öz xüsusi rəhmətini bəxş edir və mələklər onu vəsf və təqdis edirlər). Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun”. (“Əhzab” 56).
/Deyerler.org/