Avq 31, 2016 16:38 Asia/Baku
  • Qurani-Kərimdə müvəffəqiyyətə çatmağın rəmzi
    Qurani-Kərimdə müvəffəqiyyətə çatmağın rəmzi

Qurani-Kərimdə müvəffəqiyyətə çatmağın rəmzi

Qurani-Kərim bizlərə insanlarla necə rabitə qurmağımızı və necə rəftar etməyimizi öyrədir. Bəzən ata və ana rabitəsindən, bəzən də cəmiyyət üçün örnək olan insanlardan bəhs edir. Bəzən elə örnək olan insanlardan bəhs edir ki, başqalarının ona diqqət etməsini istəyir.“Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır”. (“Əhzab” 21).

Qurani-Kərim buyurur ki, əgər əziz Peyğəmbərin (s) rəftarından örnək götürsən, xoşbəxt olarsan. (Tebyan)

Bəzi ayələrdə isə xüsusi ad çəkmədən, saleh insanların xüsusiyyətinə işarə edir və buyurur: “(İşlərinizdə) səbir (oruc) və namazdan kömək diləyin. Əlbəttə ki, kömək diləmək və namaz (bunların hər ikisi) itaətkarlardan başqalarına ağır və çətindir”. (“Bəqərə” 45). Allah buyurur ki, əgər itaətkar olsan, namaz və orucdan yardım alsan, xoşbəxt olarsan.

Qurani-Kərim bəzi ayələrində isə nə kiminsə adını çəkir və nə də hansısa sifəti bəyan edir, sadəcə lətif bir işarə ilə müvəffəqiyyət rəmzini bizlərə tanıdır: “Onlar sizin üçün libasdırlar və siz onlar üçün libassınız (hər biriniz digərinin zinəti, eyiblərini örtən və onu günahdan qoruyansınız)”. (“Bəqərə” 187).

Allah Təala bu ayədə ərlə-arvad münasibətinə işarə edir və onu xoşbəxtliyin rəmzi kimi tanıdır. Əgər bir ailədə əsl meyar – din və imandırsa, həmin ailədə ər xanımı üçün libasdır, xanımı da əri üçün. Çünki:

- Libas kimi həyat yoldaşının eyblərini gizlədər, onu bir sirr kimi daxilində saxlayar. Həyat yoldaşının nöqsanını başqasına göstərməz.

- Bir libas kimi həyat yoldaşını təhlükələrdən qoruyar. Bəzən əlindən tutar və həyatda söykənəcəyi dirək olar ki, yerə yıxılmasın, bəzən də onu fəsad mühitinə düşməkdən qoruyub saxlayar.

- Həyat yoldaşı üçün libas kimi zinət olar. Çalışar ki, həyat yoldaşının abırını qorusun və elə işlər görər ki, həyat yoldaşı onunla iftixar etsin.

- Libas kimi özünü həyat yoldaşından ayrılmaz hiss edər. Heç kəs demir ki, mən və paltarım. Eləcə də həyat yoldaşı demir ki, mən və həyat yoldaşım. Hər birinin qəmi və şadlığı birdir.

- Bir libas kimi həyat yoldaşının halına diqqət edər. Lətif bir havada bədəni üçün nazik olar, soyuqda isə qalın. Həyat yoldaşları bir-birinin təskinlik vasitəsiləridirlər.

Əgər indiyə qədər libasınız olmayıbsa, hərəkət edin və öz libasınızı tapın. Əgər həyatda belə bir libasınız olsa, xoşbəxt olarsınız.

Teqlər