Bizə tərəf uzanan hər bir ələ qarşı laqeyd olmayaq
Bizə tərəf uzanan hər bir ələ qarşı laqeyd olmayaq
İnsanın öz mal-dövlətinə düşkün olmasına görə Allah buyurur: “Sevdiyiniz şeylərdən(Allah yolunda) xərcləməyincə, əsla (kamil)yaxşılığa nail ola bilməzsiniz. Allah şübhəsiz ki, (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir”. (“Ali-İmran” 92).
İnfaq – yəni, qopartmaq və qoymaq. İnsanın öz varlığının bir hissəsini (simicliyini) qopartması və daxili mənliyindən (səxavətindən) qoymasıdır. İnfaq, yəni Allahın bizə əta etdiyindən başqalarına da verməkdir. Bu şey müxtəlif ola bilər: mal, münasibət, elm...
İnfaq sikkə kimidir və iki üzü vardır. Bir üzü infaqı almaqdır, yəni malı və ya elmi başqasından alırsan. Ancaq burada İbrahimi olmaq lazımdır. Cəbrayil (ə) İbrahimə (ə) buyurur: “Allah kimisə öz Xəlili seçmək istəyir”. İbrahim (ə) buyurur: “Bu kimdir ki, Allahın Xəlilidir? De ki, mən onun nökəri olum?”. Cəbrayil (ə) buyurur: “Siz özünüzsünüz”. (Tebyan)
Allah Təala Xəlil məqamını Həzrət İbrahimə (ə) verir. Çünki, o, Allahdan qeyrisindən bir şey istəməmişdir. O zaman ki, insan Günəşdən, Aydan, dostundan, qohumlarından bir şey alır, onlardan asılı vəziyyətə düşür. Ancaq əgər onlardan ayrıla bilsə və ancaq Allah Təalaya möhtac olsa, bu insanda İlahi sevgi meydana gələr və Xəlil olar. İlahi məhəbbətdə xalis olar. Belə ki, ancaq Allahı sevər.
İnfaq sikkəsinin o biri üzü isə odur ki, heç bir istəyi rədd etməyəsən. Bu insan ona uzanan əlləri təsadüf hesab etməz, bəlkə ona uzanan bu əllərin Allah tərəfindən olduğunu qəbul edər. Belə ki, Allah ona məhəbbət etmiş və bu əli ona tərəf yönləndirmişdir.
Məsumlarımız (ə) buyurur: “Sədəqə yoxsulun əlində qərar tutmazdan əvvəl Allahın əlində qərar tutar”.
Ona görə də bizə uzanan hər bir ələ qarşı laqeyd olmayaq və istəklərimizi Allahdan istəyək, Ondan qeyrisindən deyil.
/Deyerler.org/