Kərbəla vaqiəsi və İmam Hüseynin (ə) rəhbərlik məharəti
Kərbəla vaqiəsi və İmam Hüseynin (ə) rəhbərlik məharəti
Aşura hadisəsi böyük faciə olaraq bizlərə əvəzolunmaz dərslər vermişdir. Əba Abdullah (ə) üçün tökülən göz yaşlarından ibrət götürmək lazımdır. Bu hadisədən götürməli olduğumuz dərslərdən biri də İmamın (ə) Aşura günü göstərdiyi rəhbərlik məharəti idi. Öz nəfsinə rəhbərlik etməkdən tutmuş, ətrafdakılara və mühitə, zamana də çox gözəl rəhbərlik nümayiş etdirmişdir.
Hər bir insan həyatı boyu eniş və yoxuşlarla üzləşir. Bu zaman ən mühüm olan məsələ - vəziyyəti necə idarə etməkdir. Əgər insanın qərar tutduğu vəziyyətdən kamil agahlığı olsa, bu çətin vəziyyətdən rahatlıqla keçə bilər. Ancaq əksinə, əgər özünü idarə edə bilməzsə və düzgün qərarlar çıxartmazsa – o zaman xoşagəlməz hadisələrlə rastlaşar.
O insan ki, kamal yolunda qərar tutar, öz nəfsini gözəl şəkildə idarə edə bilər. Əgər nəfsinə hakim olmağı bacararsa, o zaman həyatdakı hədəfini da tanıyar. Çünki nəfsi istəklər onun hədəfini məhdudlaşdırar. İnsan əgər nəfsinə hakim olarsa, başa düşər ki, hər nə istəyirsə, haqq deyildir. Onun istəkləri gərək Allah rizasını qazanmaq yolunda olsun.
Əgər Aşura hadisəsinə nəzər salsaq, İmamın (ə) necə öz nəfsini idarə etdiyinin və nəfsinə necə hakim ola bildəyinin şahidi olarıq. İmam (ə) özü buyururdu ki, qiyamının hədəflərindən biri insani kəramət və şərafəti dirçəltməkdir.
İmam 57 yaşında İlahi bir həyat sürmüşdü və nəfsinə rəhbərlik etməyi özü üçün hədəf qərar vermişdi. O, İmam Əlinin (ə) tərbiyəsini görmüş və atasının necə çətin şəraitlərdə özünə hakim olmasının şahidi olmuşdur. Əmirəl-möminin (ə) bu ağır şəraitlərdə nəfsinə elə hakim olardı ki, həm ibadət mehrabında, həm döyüş meydanında, həm yetimlərin məsələlərini həll edən zaman... – həmin Əli (ə) idi və başqa zamanlardan heç bir fərqi olmurdu. Çünki hər bir şəraitdə insanı dəyərlərə sadiq idi.
İmam Hüseyn (ə) də əziz atası kimi Kərbəlanın ağır şəraitində baxmayaraq ki, ən əziz insanlarını əldən vermişdi, düşmən onun heç bir sözünə qulaq asmırdı, lakin qərar tutduğu vəziyyətə çox gözəl rəhbərlik edirdi. (Tebyan)
İstər bacısının vəzifələri, istər qardaşı və qardaşı uşaqlarının vəzifələri, istərsə də səhabələrinin vəzifələrini aydın dillə onlara bəyan edir və onları vəziyyətin ciddiliyindən agah edirdi. Bu da ətrafında olanların vəziyyətlə bağlı maariflənməyinə səbəb olurdu. Onlar öz rəhbələrinə o qədər etimad edirdilər ki, özlərini yaddan çıxardır və dini vəzifələrindən başqa bir şey düşünmürdülər. Budur həqiqi rəhbərlik məharəti! Deməli, insan o zaman ətrafında olanlara gözəl rəhbərlik edə bilər ki, əvvəl öz nəfsinə rəhbərlik etməyi bacarsın.
Allah bizlərə də nəfsimizə hakim olmaq məharətini nəsib etsin!