Davam edir 37, repressiya güclənir
https://azeri.sahartv.ir/radio/azərbaycan-i394472-davam_edir_37_repressiya_güclənir
Azərbaycanda biabırçı hərəkətə start verilir, guya İran agenturasına qarşı “təmizləmə” prosesi başlayır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 27, 2022 08:52 Asia/Baku
  • Davam edir 37, repressiya güclənir

Azərbaycanda biabırçı hərəkətə start verilir, guya İran agenturasına qarşı “təmizləmə” prosesi başlayır.

SəhərAzəri-nin məlumatına əsasən, Musavat.com xəbər verir ki, ölkə.az bu barədə etibarlı mənbəyə istinadən məlumat verib.

“Bununla bağlı hazırlıqlar çoxdan başlanmalı idi. Lakin onların ağıllarının başlarına gəlməsi gözlənilirdi. Görünür ki, bunu anlamadılar və bağışlanmayacaqlar”, - deyə mənbə bildirib.

Bu yöndə geniş əməliyyat tədbirlərinin həyata keçiriləcəyi qeyd edilir.

“Yeni Müsavat” qəzeti bununla Azərbaycan Respublikası dindarlarına qarşı yeni repressiya dövrünün başlandığını açıq şəkildə elan etmiş olub!