Azərbaycan xüsusi nəzarətdə olan ölkələr siyahısına daxil edilib
https://azeri.sahartv.ir/radio/dünya-i399995-azərbaycan_xüsusi_nəzarətdə_olan_ölkələr_siyahısına_daxil_edilib
ABŞ Azərbaycan Respublikasını Dağlıq Qarabağda erməni mənəvi irsini məhv etməkdə ittiham edib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
May 17, 2023 10:25 Asia/Baku
  • Azərbaycan xüsusi nəzarətdə olan ölkələr siyahısına daxil edilib

ABŞ Azərbaycan Respublikasını Dağlıq Qarabağda erməni mənəvi irsini məhv etməkdə ittiham edib.

SəhərAzəri-nin məlumatına görə, ABŞ Dövlət Departamenti Birləşmiş Ştatların Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyasının 2022-ci il Beynəlxalq Din Azadlığı Hesabatını açıqlayıb. Azərbaycan xüsusi nəzarətdə olan ölkələr siyahısına daxil edilib.

Hesabata əsasən, Azərbaycanda dini etiqad azadlığının vəziyyəti 2022-ci ildə mənfi dinamika göstərib, Bakının nəzarətinə keçən Dağlıq Qarabağ ərazilərində erməni mənəvi irsinin məhv edilməkdə olduğu bildirilir.

Hesabat müəllifləri ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinə və ABŞ-ın Bakıdakı səfirliyinə Dağlıq Qarabağ və ətraf ərazilərdə ibadət yerlərinin və digər dini və ya mədəni obyektlərin bərpası və mühafizəsi üçün maliyyə ayırmağı tövsiyə edib.