Parlaq ulduzlar - 6 (Audio)
Pərvin Etisami adı ilə məşhur olan Rəxşəndə Etisami 1907-ci milad ilində Təbrizdə anadan olmuşdur.
Euy gül bağ ara təhlükədən qeyri nə gördün
Neştər kimi sözdən, ləkədən qeyri nə gördün
Bəsdir bu qədər parladın ulduz kimi ey ləl
Yoxdur olanın səksəkədən qeyri nə gördün
Düşdün çəmənə lik nəsibin qəfəs oldu
Ey guş burada mərikədən qeyri nə gördün
Pərvin Etisami uşaqlıq dövründə Fars, ərəb və ingilis dillərini atasından öyrəndi və o dövrdən atası və məşhur ostadlar o cümləldən Dehxoda və Məlikuşşər Bahardan şeyr yazmağı öyrəndi. Onun atası Yusif Etisami İranın müasir təcüməçi və şairlərindən idi ki Pərvinin bədii həyatının formalaşdırılması və istedadının üzə gəlməsi və şer yazmağa dərin meyili olmasında əhəmiyyətli rol oynadı. Pərvin Etisami Təbrizdə doğlumuş, qısa lakin mənalı bir ömür yaşamışdır...