Hekayə -Çoban və alma ağacı
Yaşlı çoban sürüsünü otlatmaq üçün yaylaya çıxdığında təpəyə yaxın bir alma ağacının altında dincələr və əgər mövsümüse, onunla danışaraq:
“Övladım, bu ixtiyarın almasını ver artıq” diyərdi.
Və bir alma düşərdi, ən gözəlindən, ən yetişkinindən. Yaşlı adam sədəf dəstəkli bıçağını çıxartaraq onu dilimlərə ayırar və kiçik bir qab qatıqla birliktə çörəklə yeyərək, atasından qalan Qur’an’ını oxumaya başlayardı.
Çoban, bu ağacı iyirmi il əvvəl əkəndə tez tez sulayar, bunun üçün də bir qaba doldurduğu dəstəmazlıq suyundan geri qalanı işlədərdi. Alma ağacının kökləri, bəlkə də bu sularla qüvvət tapmış və qısa müddətdə budaqlanıb meyvə verməyə başlamışdı. Çoban o zamanlar hələ gənc sayıldığından boylanarkən ən gözəl almanı qoparardı. Ancaq aradan keçən bu qədər il içində beli bükülüb boyu qısalmış, ağacsa bir çinar kimi böyüyüb göylərə yüksəlmişdi. Amma boyu nə olursa olsun, ağac yenə də övladı deyildimi? Onu bir övlad sevgisiylə oxşarkən:
“Ver övladım, diyərdi, göndər bu günkü qismətimi.”
Və bir alma düşərdi heç nazlanmadan, illər boyu heç bir gün keçirmədən.
Kəndlilər, uzaqdan uzağa gözlədikləri bu hadisəni bir-birilərinə danışıb yaşlı çobanın müqəddəs biri olduğunu söyləyərdi.
Yaşlı adam, ağacın altında dincəlib namazını qıldığı bir gün, yenə almasını istədi. Ancaq budaqlar dolu olmasına baxmayaraq nədənsə bir şey düşmədi. Sonra bir daha, bir daha təkrarladı istəyini. Gözlədiyi şey heç cür gəlmədi. Göz yaşları, yeni doğulmuş quzuların tüklərini xatırladan bəyaz saqqalını isladarkən, ağacın altından uzaqlaşıb qoyunların arasına atdı özünü. Övladı, meyvə verdiyi gündən bu yana ilk dəfə rədd edirdi onu. İxtiyar çobanın beli hər zamankindən çox bükülmüş, gücsüz ayaqları da vücudunu daşıyamaz olmuşdu. Heyvanlarını üsulca toplayıb kəndə doğru yönəldiyində, aşağıdaki məscidin hər zamankindən daha nurlu minarələrindən səslənən azan səsiylə ayıldı birdən. Yenidən doğulmuşdu sanki çoban. Bir şey xatırlamışdı.
Uşaqlar kimi sevinərək ağacın yanına qaçdi və ona şəfqətlə sarılarkən:
“Canım” dedi, hıçkırıb ağlayaraq.
“Mənim gözəl övladım,gözəl qoxulum. Bu unutqan ixtiyarı üzmədən əvvəl niyə söyləmədin, bu günün Ramazan’ın ilk günü olduğunu?” (islam,az)