Okt 16, 2016 16:13 Asia/Baku
  • Hansı tənqidlər qurucu hesab olunur? – ARAŞDIRMA

Hansı tənqidlər qurucu hesab olunur? – ARAŞDIRMA

Bəzən insanların bir-birini etdiyi tənqidlər qarşı tərəf üçün ikrahedici və dağıdıcı ola bilər. İnsanların şəxsiyyətini alçaldar və onları məyus edər. Ancaq elə tənqidlər vardır ki, qurucu hesab olunur. İnsanın istedadlarının çiçəklənməsinə şərait yaradır.

Bəs tənqid nədir? (Tebyan saytına istinadən)

Tənqid əsasən ibarətdir səhv cəhətlə bağlı məlumatın başqalarına ötürülməsindən. Belə ki, həmin şəxs bu tənqiddən özünü islah etmək üçün istifadə edər.

Bəs nə edək ki, tənqidlərimiz qurucu olsun, dağıdıcı deyil?

İnsan əgər qarşı tərəfin islah olunmasını istəyirsə, adətən onun zəif və çatışmayan tərəflərini ona taktla göstərməyə çalışmalıdır, nəinki onu alçadıb təhqir etməlidir. Tənqiddə şəxsi-qərəzlik kənara qoyulmalıdır. Ona görə də qurucu tənqidin bəzi şərtləri ilə tanış olaq:

1. Tənqid münasib zamanda edilməlidir. Tənqid o zaman təsirli olur ki, münasib zamanda yerinə yetirilər. Yəni, həmin şəxsin problemi davam edirsə, onu etmək lazımdır. Əgər aradan qalxıbdırsa, tənqidin mənası olmaz.

2. Tənqidi münasib məkanda etmək lazımdır. Əgər bir insanın mənfi rəftarlarını tənqid etmək istəyirsinizsə, bu işi xəlvətdə yerinə yetirin. Yəni, insanların gözündən uzaqda.

3. Tənqid xüsusi olmalıdır. Tənqid o zaman təsirli olar ki, xüsusi olsun. Yəni, həmin şəxsi özünüz şəxsən tənqid edin. Həmkarlarınızın adından deyil.

4. Mülayim tənqid. Bunu yadda saxlayın ki, kobud edilən tənqid hər nə qədər hüsnü-zənlə olsa belə, qarşı tərəfin incidilməsinə səbəb olacaqdır. Bu zaman həmin şəxs özünü müdafiə etməyə çalışacaqdır.

5. Tənqid eyni həqiqətlərə görə olmalıdır. Bunu yadda saxlayın ki, insanların çoxu tənqidi ona görə rədd edirlər ki, onu dəyərsiz hesab edirlər. Əgər siz tənqid edən zaman həqiqətlərdən sitat gətirsəniz, tənqidi dərk etməyə daha yaxşı yardım etmiş olarsınız. Ona görə də tənqidinizi həqiqətlər üzərində qurun, nəinki zehni idrakların.

6. Tənqidi təklif halında təqdim edin. Tənqidi təklif libasında təqdim edin ki, qarşı tərəf onu rahat şəkildə qəbul etsin.

7. Tənqid zamanı kinayədən çəkinmək. Əgər tənqidinizin qurucu olmasını istəyirsinizsə, gərək kinayədən çəkinəsiniz. Əgər kinayə ilə danışsanız, qarşı tərəf onun əlindən əsəbiləşdiyinizi düşünəcəkdir.

8. Tənqid zamanı ifratdan çəkinin. Tənqid edən zaman iftar etməyin. Yəni, qarşı tərəfin hər bir əməlini tənqid etməyin. Misal üçün deməyin ki, “siz həmişə işinizi pis yerinə yetirirsiniz” və ya “sizə heç bir zaman etimad edə bilmirəm”.

 

/Deyerler.org/

Teqlər