May 24, 2015 00:32 Asia/Baku
  • Lev Tolstoyun gizli qalmış risaləsi
    Lev Tolstoyun gizli qalmış risaləsi

Əgər insanlar seçmə hüququndan istifadə etsəydi, ağlı başında olan hər bir insan şübhə və tərəddüd etmədən Muhəmmədiliyi, yəni Tək olan Allahı və Onun peyğəmbərini qəbul edərdi".

Əgər insanlar seçmə hüququndan istifadə etsəydi, ağlı başında olan hər bir insan şübhə və tərəddüd etmədən Muhəmmədiliyi, yəni Tək olan Allahı və Onun peyğəmbərini qəbul edərdi". Bu cümləni Lev Tolstoy, Hz. Məhəmmədin (s) hədisləri ilə bağlı topladığı kitabçasında qeyd edib. Uzun illər Rusiyada naşirlər arasında tanınan, lakin oxucuya təqdim olunmayan gizli qalmış bir əsərdi. Çünki Tolstoy kimi dünya şöhrətli bir yazıçının həzrəti Məhəmmədin (s) sözlərinə maraq göstərməsi və bunu toplayıb Rus xalqı ilə paylaşması, o zamanın inanc və mədəniyyət dünyası üçün olduqca təhlükəli idi. Rus xalqı və xüsusilə Rus ziyalıları Tolstoyu böyük bir heyranlıqla sevir və əsərlərini mənimsəyirdi. Lakin onun İslamiyyəti qəbul etdiyinin eşidilməsinin Rus cəmiyyəti içində İslama yönəlmə, yəni yeni bir dalğanı başlada biləcəyinindən çəkinirdilər. Buna görə də Tolstoyun Hz. Məhəmmədin (s) hədislərindən hazırladığı kitapçası KGB kimi rus kəşfiyyatı tərəfindən gizli tutulmağa, unutdurmağa və yayılmasına maneə törətməyə çalışırdılar.

Teqlər