Okt 07, 2015 17:09 Asia/Baku
  • Tənqidi qəbul etməyi öyrənək
    Tənqidi qəbul etməyi öyrənək

Bəzən başqalarını elə həvəslə tənqid edirik ki, özümüzün də səhvimizin ola biləcəyini heç düşünmürük. Bunu o zaman dərk edirik ki, bir başqası bizi tənqid edir.

Hər bir insanın bu həyatda müvəffəq olmaq rəmzi – tənqidi qəbul etməsi və ondan nəticə çıxartmasıdır.

Hər birimizin xeyirxah bir nəsihət verənə həmişə ehtiyacı vardır. Bir şərtlə ki, hədəfi sadəcə xeyir olsun. Adətən biz insanlar tənqiddən çox, tərifi eşitməyi sevirik. Ancaq əgər tənqid haqqında düzgün düşünsək, görərik ki, bizim ziyanımıza deyil, əksinə - xeyrimizədir.


Tənqidi qəbul etməyi öyrənin və tənqid zamanı özünüzü tez müdafiə etməyə çalışmayın. Bir qədər düşünün və nəticə çıxardın. Bəzən özünüz başqalarından istəyin ki, sizin işinizi və rəftarınızı ölçüb-biçsin. Sonra da sadiq şəkildə sizə desin. Adətən siz başqasını tənqid edən zaman özünüzdən soruşun ki, ona nə demək istəyirsiniz? Sizin bu tənqiddəki hədəfiniz nədir? Bu işin necə yerinə yetirə bilərsiniz?


Tənqid edən zaman gərək təhqiredici sözlərdən uzaq olasınız. Əks halda, tənqiniz nəticə verməyəcəkdir. Gərək qarşı tərəf düşünməsin ki, siz onu ancaq təhqir etmək istəyirsiniz.


Tənqid əgər cəm içində olarsa, insanda həqarət hissi meydana gətirər. İnsan əziyyət çəkər və nəticə çıxartmaz. Ona görə də yaxşı olar ki, tənqidi xəlvətdə edəsiniz.


Biz ictimai varlıq olduğumuza görə, bəzən başqalarının rəftarı bizə və bəzən də özümüzün rəftarı başqalarına xoş gəlmir. Ona görə də narahat oluruq və bunu münasib dillə təhqir etmədən qarşı tərəfə deyəndə, müsbət nəticə əldə edə bilirik. Əgər deməsək, narahatçılığımız və problemlər artacaq və məsələ həll olmayacaqdır. Ona görə də yaxşı olar ki, həm özümüz tənqidi qəbul edə bilək və ondan nəticə çıxardaq, həm də başqalarını təhqir etmədən, münasib dillə tənqid edib, eyblərini düzəltməyə çalışaq. Tənqid edən zaman gərək mütləq insafa riayət edək.

/dəyərlər/


Teqlər