Ədəbiyyat səması- 2 (Audio)
Həbib Sahir iranlı şair və yazıçı 1286-cı h-ş ilində Təbrizin Sırxab məhəlləsində dünyaya göz açmışdır.
Həbib Sahirin uşaqlıq yaşında atası Mir Qaban Təbrizin qanlı bir bəlvasında öldürülür və sahirin taleyində yetimlik hökmü yazılır. Həbib özü, yaşayışı haqqında belə yazır: Beş yaşıma çatdım, kəndimizdə fırtına qopdu və atam bir payız gecəsi qonaq getdi və bir daha geri dönmədi. Aclıq gördük, korluq çəkdik ancaq böyüdük.
Həbib Sahir yetimlik və çətinliklə boya başa çatır. Ancaq təhsil almağa marağını əldən vermir və gəlib bir zaman çatır ki güclü müasir şarilər ilə ötürüb durur və onlardan dərs almağa çalışır. Həbibin yaşayışında təsir buraxan şəxslərdən, Cəlal Sahir adı ilə tanınan şair idi və bu üzdən Həbib bu mənəvi təsiri özündə əbədi olaraq qoruyub saxlasın deyə soy adını Cəlal Sahirdən seçir...