Səfərin 10 faydası
Səfərə çıxmaq – həyatın ən şirin ləzzətlərindən biridir. İndiyə qədər görmədiyiniz yerləri kəşf etmək sizə yeni hissləri aşılayar.
Səfərə çıxmaq insana çoxlu təcrübə qazandırar və ruhunuzu təravətləndirər.
Səfərin faydalarına nəzər salaq.
1. Stressi azaldar. Səfər insanın ruhi və cismi streslərinin azalmasına şərait yaradar. Hətta əgər bu səfər işinizə görədirsə və saatlarla konfrans zalında əyləşməyə məcbursunuzsa, yeni insanlarla tanış olmaq sizə gözəl hisslər aşılayacaqdır.
2. Həyatınızda yeniliklər baş verəcəkdir. Səfər hansı növdən olursa-olsun, insanı adi həyatından uzaqlaşdırar. Bu məsələnin özü sizə böyük enerji verər. Bu əməl sizi cismi və fikri yorğunluqlardan xilas edə bilər.
3. Təmiz havadan istifadə etmək. Səfər insanı məcbur edər ki, yaşadığı dörd divardan xaric olsun və daha çox təmiz havada ola bilsin. Əgər istirahət üçün dağa və ya dəniz kənarına gedirsinizsə, başqa günlərdən fərqli olaraq daha dərindən nəfəs almağa çalışın.
4. Proqramlı olaraq səfərə çıxın. Səfərə çıxmazdan əvvəl bu səfərin ən xırda detallarına qədər düşünün və onun üçün proqram qurun. Harada və neçə gün qalacağınızı müəyyən edin və sonra səfərə çıxın ki, xoşagəlməz hadisələrlə qarşılaşmayasınız.
5. Başqalarının necə yaşadığını görərsiniz. Biz hamımız bəşərin bir parçasıyıq. Ancaq gündəlik işlərimiz bizə bu həqiqəti unutdurur. Özün kimi insanların necə fərqli yaşadıqlarını görmək bir daha sənə xatırladar ki, sən də insansan. Buna baxmayaraq, necə də fərqli yaşayış tərzimiz vardır.
6. Malik olduqlarına görə şükür edərsən. O zaman ki, xarici ölkələrdəki yoxsulluğun şahidi olursan və hətta insanların evsiz olduqlarını görürsən, nə qədər xoşbəxt olduğunu yada salıb, şükür edirsən. Allahın verdiyi nemətləri yada salırsan.
7. Ən kiçik fərqlərə diqqət edirsən. O zaman ki, xarici ölkələrə səfər edirsən, insanların başqa dildə danışdığının şahidi olursan. Bu ölkənin təbiətinin fərqliliyi, heyvanların müxtəlif olması diqqətini cəlb edir.
8. Səfərdə rahat olursan. O zaman ki, ətrafında olanların dilini bilmirsən, daha çox özün və Xaliqin haqqında düşünməyə vaxtın qalır. Bir çox filosoflar və alimlər təfəkkür etmək üçün səfərə çıxardılar.
9. Müxtəlif mədəniyyətlərlə tanış olursan. Səfər zamanı insan müxtəlif insanlarla tanış olur. Onlarla ünsiyyət qurmaq insana dərman kimi təsir edir. Müxtəlif dil və mədəniyyətlərlə tanış olursan.
10. Ailə üzlərinizlə rabitəniz daha yaxşı olur. Səfər sizə yardım edir ki, evin heç bir problemini düşünmədən, ailə üzvlərinizlə daha çox vaxt keçirəsiniz. Bu da ailə üzvləri ilə daha yaxşı rabitə qurmağa gətirib çıxardar. Ev mühitindən uzaqlaşmaq insana yeni enerji verər və ruhunu təzələyər.
/Deyerler.org/