İsti havalarda az su içmək böyrəklərə əziyyət verir
İsti havalarda az su içmək böyrəklərə əziyyət verir
İsti havada az su içmək böyrəklərə əziyyət verir. Hədsiz istilər səbəbi ilә orqanizmdə maye itkiləri daha sürәtlә baş verdiyini deyən ekspertlər, məhz isti havalarda maye istehlakının əhəmiyyətli olduğunu bildirərək, az su içməyin böyrəklərə əziyyət verdiyini bildirib.
orqanizmin su ehtiyacı, xüsusilə isti havalarda tərləmə ilə baş verən maye itkiləri səbəbindən ciddi dərəcədə artır.
Bu günlərdə orqanizmin tələbatı olan suyu, qəbul edilən maye miqdarı ilə deyil, ifraz olunan sidik miqdarı ilə qiymətləndimək lazımdır. Azalmış sidik miqdarı böyrək daşı və sidik yolu infeksiyası kimi xəstəliklərin müşahidə olunma riskini artırır. Bədənin termostatı sayılan suyun kifayət qədər istehlak edilməməsi böyrək, o cümlədən bir çox orqanın funksiyasına mənfi təsir etməyə başlayır. Ancaq maye itkiləri barəsində məlumatlı olmaq və isti havada əməli tədbirlər görməklə yayda sağlam qalmağa kömək edir.
Bədənin təxminən 60-70%-ni su təşkil edir. Ümumiyyətlə maye miqdarındakı, hətta 1% belə dəyişikliyin baş verməsi özünü susama ilə göstərir. Bunun üçün də daha çox maye itkisi ciddi narahatlıqlara səbəb olur. Bədəndəki bütün sistemlər, orqanlar və hüceyrələr kifayət qədər su olmadan funksiyalarını davam etdirə bilməz. Su dəridəki məsamələrdən buxarlanaraq, bədən istiliyinin təşkil olunmasına kömək edir. Su hüceyrələrin ehtiyacı olan mineral, vitamin, zülal, karbohidrat, yağ kimi, qida maddələrini və hormonları ehtiyacı olan hüceyrələrə, toxumalara və orqanlara çatdırır. Metabolik fəaliyyətlər nəticəsində ortaya çıxan tullantı maddələri ifrazat orqanlarına daşıyır. Bütün bunlara əlavə olaraq, qanın həcmini tarazlaşdırır və qidaların həzminə kömək edir. Yay aylarında kifayət qədər maye qəbul olunmadıqda əzələ ağrıları, ürək bulanması, yorğunluq hissi, göz suyunun quruması, dəri elastikliyinin itməsi, qəbizlik kimi əlamətləri ortaya çıxa bilir. Maye itkisinin səviyyəsinə görə, hiss edilən şikayətlər dəyişə bilər.
Lazımi qədər su istehlak etmək xərçəng tәhlükəsindən də qoruyur. Müntəzəm və kifayət qədər miqdarda su istehlakı bel və oynaq ağrılarını 80%, bağırsaq xərçəngi təhlükəsini 45% və döş xərçəngi təhlükəsini 79%, sidik kisəsi xərçəngi təhlükəsini isə 50% azaldır. Normal bədən funksiyalarının sağlam bir tərzdə davam etməsi üçün maye qəbulu və maye ifrazı müəyyən bir tarazlıqda olmalıdır. Çünki bu tarazlıq pozulduqda sağlamlıq problemləri ortaya çıxmağa başlayar.