İyul 14, 2016 16:18 Asia/Baku
  • Günvurmadan necə qorunmalı?
    Günvurmadan necə qorunmalı?

Günvurmadan necə qorunmalı?

Artıq yayda günvurmadan ölənlərin olması bizə o qədər də qeyri-adi xəbər kimi görünmür. İl boyu həsrətlə gözlədiyimiz günəşli hava hər yay dünya üzrә minlərlə insanın həyatına son qoyur. Kütləvi informasiya vasitələrində günvurmadan qorunmanın yolları, qarşısının alınma üsulları ilə bağlı yazılsa da, görünür, insanlar bəzən təhlükəni özlərinə o qədər də yaxın hesab eləmirlər. Yayda istinin yaratdığı ilk ağıla gələn problem günvurma olsa da, istidə bir çox bildiyimiz və bilmədiyimiz xəstəliklərin kəskinləşməsi də faktdır.

Mövzu ilə bağlı  pediatr Səbinə Nurəliyeva qeyd edib ki, yayda zərurət sәbәbindәn gün altında olan insanlar mütləq bəzi məsələlərə diqqət yetirməlidirlər: “İlk olaraq açıq havada gün altında olan insanlar mütləq gündən qoruyan vasitələrdən istifadə etməlidirlər. Eyni zamanda çoxlu maye qəbul etməlidirlər. Gün ərzində 2 litrdən artıq maye qəbul etmək insan sağlamlığı üçün zəruridir. Gün ilk növbədə dəriyə təsir edir. Dəri xərçənginin yaranmasının ilk səbəbi məhz gün şüalarının birbaşa dəriyə düşməsi ilə bağlıdır. Bu baxımdan yenə qeyd edim ki, günqoruyucu vasitələr diqqətdən kənarda qalmamalıdır. Valideynlər uşaqlarla bağlı daha həssas olmalıdır. Böyük insan bir müddət çöldə gün altında qala bilərsə uşaqlar üçün bu zaman həyatı təhlükə ola bilər. Uşaqları mümkün qədər günorta saatlarında açıq havada gəzmələrini məhdudlaşdırmaq lazımdır. Günün dərəcəsindən aslı olaraq insanın sağlamlığı müxtəlif zaman kəsiyində təhlükə ilə üzləşə bilər, 40 dərəcədən artıq istilərdə 1 saat açıq ahavada dayanmaq belə insanın həyat fəaliyyətlərini ciddi şəkildə poza bilər”.

Teqlər