Dek 27, 2015 19:34 Asia/Baku
  • Təkəbbür artdıqca, ağıl bir o qədər azalır
    Təkəbbür artdıqca, ağıl bir o qədər azalır

İmam Cəfər Sadiq (ə) buyurur: “Həmin miqdarda ki, insanın vücuduna təkəbbür daxil olar, o miqdarda insanın ağlı və düşüncəsi azalır”.

Bu məsələnin üzərində çox böyük eksperimentlər, təcrübələr aparmaq olar. Bəziləri düşünə bilərlər ki, təkəbbürün ağla nə aidiyyəti var? Bəlli olur ki, təkəbbürün ağla birbaşa aidiyyatı var. Bir şəxsin təkəbbürü niyə artır? Çünki həmin şəxs haradan gəldiyini unudur. Bir şəxsin əgər hər zaman yadında olsa ki, onu elə bir təmənnasız Vücud yaradıb ki, yalnız O, ehtiyacsızdır, həmin kəs heç bir zaman təkəbbür etməz. Özü də insanı elə bir haldan kamil insan şəklinə salıb ki, o, nütfə halında idi. Belə olan halda insan kimin qarşısında təkəbbürlülük edir? Deməli, insanın ağlı azalıb ki, təkəbbürü artıb.

/zehra-yolu/


Teqlər