Okt 29, 2016 13:51 Asia/Baku
  • Tramp seçkiləri ləğv edib və özünün prezident təyin edilməsini təklif etdi

Tramp seçkiləri ləğv edib və özünün prezident təyin edilməsini təklif etdi

ABŞ prezidentliyinə namizəd Donald Tramp prezident seçkilərini ləğv etməyi və özünün prezident təyin edilməsini təklif etdi.

 

 

 Rusiya KİV-lərin verdiyi xəbərə görə, Tramp Ohayo ştatında seçiciləri qarşısında çıxış edib. Tramp qeyd edib ki, Hillari Klintonun siyasəti o qədər zəifdir ki, prezident seçkilərini ləğv edərək, onu prezident təyin etmək lazımdır.

 

 

"Burda nə fərq var. Mən özüm öz-özümə fikirləşdim ki, sadəcə hal-hazırda prezident seçkilərini ləğv edərək, məni prezident təyin etmək lazımdır. Hillari Klintonun namizədliyi o qədər bərbaddır ki, onu seçməyin heç bir mənası yoxdur", - deyə o bildirib.

Teqlər