Dek 28, 2016 19:26 Asia/Baku
  • Rusiya səfirinin Türkiyədə terror edilməsi
    Rusiya səfirinin Türkiyədə terror edilməsi

Rusiyalı ekspert Dmitri İqorçenkov Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun sui-qəsdində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin qoxusunun gəldiyini deyib.

Araşdırmalar və Proqnozlaşdırma Mərkəzinin vitse-prezidenti Dmitri İqorçenkov, Karlovun sui-qəsdinin araşıdırılması zamanı bu hadisədə qatilin mümkün mötivləri haqqında düşünməyi lazım olduğunu bildirib.

Terror hadisəsinin motiv və amillərin az-çox bilindiyini deyən İqorçenkov, ilk amilin dini radikalizm, insan eqosu və Gülən camaatının inamının təsiri kimi göründüyünü qeyd edib.

İqorçenkov sui-qəsdinin çox mükəmməl bir şəkildə baş verdiyini deyərək, hadisədən MKİ qoxusunun gəldiyini vurğulayıb.

O, həmçinin bu sui-qəsddən ən çox Qərb ittifaqıyla birlikdə, Fars Körfəzindəki əmirliklərin də faydalandığının sezildiyini qeyd edib.

Teqlər