Yan 11, 2017 18:29 Asia/Baku
  • Xristi Frilend
    Xristi Frilend

Kanadanın yeni xarici işlər naziri Rusiyanın "qara siyahı"sındadır

Kanadanın yeni təyin olunan xarici işlər naziri Xristi Frilend 2014-cü ildən Rusiyaya girişi qadağan edilən şəxslərin siyahısındadır.

 

Musavat.com “Interfax” agentliyinə istinadən xəbər verir ki, məlumatı Rusiya Xarici İşlər Nazirliyi təsdiqləyib.

 

Nazirlik bildirib ki, həmin sanksiya 2014-cü ildə Kanadanın rusiyalı rəsmi şəxslərə qarşı qoyduğu sanksiyaya cavab olaraq tətbiq olunub.

 

Bununla belə, nazirlik onu da vurğulayıb ki, bu sanksiyalar beynəlxalq diplomatik meydanlarda əlaqə qurmağa mane olmur.

Teqlər