May 24, 2015 00:19 Asia/Baku
  • Azərbaycan R-nın Qərb dövlətlərinə təkrar ittihamı
    Azərbaycan R-nın Qərb dövlətlərinə təkrar ittihamı

Azərbaycan R-nın Qərb dövlətlərinə təkrar ittihamı

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi bir daha Qərb dövlətlərini ölkənin sabitliyi və təhlükəsizliyini pozmaqda ittihamlandırıb.

APA-nın məlumatına görə, Əli Həsənov Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin konfransında deyib: “Son dövrlər ABŞ-ın və Avropanın müxtəlif dairələri, xüsusilə də onların təsiri altında olan beynəlxalq təşkilatlar və şəxslər ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq, Azərbaycandakı sabitliyi pozmaq niyyətindədirlər.
O, xas bir şəxs və orqna işarə etmədən əlavə edib: Gənclərimiz belə məsələlərdə ayıq olmalı, vətəndaşlıq mövqeyi nümayiş etdirməli, istənilən məsələdə çevik reaksiya verməlidirlər”. 
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisinin bu ölkə xalqını anti-ABŞ və anti-Avropa aksiyalarında iştiraka dəvəti elə bir haldadır ki, 1-ci Avropa Oyunlarının Bakıda keçirilməsindən bir ay öncədən rəsmi Bakı hər cür aksiyanın keçirilməsini qadağan edib. Bir il bundan öncədən beynəlxalq insan haqları orqanları, o cümlədən amerikalı və avropalı orqanlar Azərbaycan Respublikasındakı siyasi məhbusların, xüsusən jurnalistlərin azad edilməsini vurğulayıblar. Bu orqanlar habelə 1-ci Avropa Oyunlarının Bakıda keçirilməsi fürsətindən İlham Əliyev dövlətini təzyiq altda qoymaq üçün istifadə etməyə çalışıblar. Hətta bəzi qərbli siyasi xadimlər bundan öncə İlham Əliyev dövlətini təzyiq altda qoymaq üçün avropalı dövlətlərin 1-ci Avropa Oyunlarında iştirak etməmələrini vurğulayıblar. 
Ekspertlər deyirlər ki, Əli Həsənovun Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin konfransında qərbli dövlətlər və beynəlxalq orqanalara qarşı açıq fikirlər bildirməkdə məqsədi, qərbli insan haqları orqanlarının İlham Əliyev dövlətinə qarşı ardıcıl etirazlarına reaksiya verməyə səy göstərməkdir. Əslində Əli Həsənov bəzi digər azəri rəsmilər kimi Azərbaycan Respublikası xalqını, xüsusən hakim partiyanı dəstəkləyən gəncləri anti-Qərb aksiyalarında iştiraka təşviq etmək niyyətini güdür. 
Başqa sözlə, demək lazımdır ki, azəri rəsmilər tənqidçi jurnalistlərin həbsi, siyasi məhbusların işgəncə olunmaları, müxalif partiyalar və xalqa qarşı kobudluq kimi bəzi cari siyasətləri bu ölkə ictimaiyyətinin bir hissəsinin təsdiq etməsi kimi təqdim etməyə can atırlar. 
Anti-xalq siyasətlər üçün xalq təsdiqinin alınmasına israr elə bir halda gündəmə gətirilibdir ki, ekspertlər deyirlər: Ən yaxşı halda iri dövlət büdcəsindən istifadə imkanına malik olan bu ölkə xalqının təkcə beş faizi dövlətin cari siyasətlərini dəstəkləyəcək. Bu istiqamətdə və rəsmi Bakının yeni siyasətlərinin ətrafında deputat Zahid Orucun Qərb dövlətlərinə qarşı qəribə və misli görünməmiş sözlərinə işarə etmək olar. O, son vaxtlar Bakı mediaları ilə müsahibədə iddia etmişdi ki, bəzi ölkələr Azərbaycan Respublikasının öz problemlərinin həllində və Qərbin bu ölkədəki nüfuz dairəsini daraltmaqdakı uğurundan nigarandırlar. O, bu ölkələrin adlarına toxunmadan Almaniya parlamentində Azərbaycan Respublikasında insan haqları vəziyyətinin araşdırılmasına toxunaraq, deyib ki, bu Avropa ölkəsindəki bəzi qruplar Berlinin Azərbaycan Respublikası qarşısındakı siyasətlərini öz hədəf və qərəzlərinin xeyrinə dəyişməyə çalışırlar.
Zahid Orucun bu sərt və qaranlıq sözləri elə bir haldadır ki, bundan öncəyədək İlham Əliyev dövləti Amerikadan asılılığını sübuta yetirmək üçün regiondakı bəzi qərbpərəst dövlətlər və bəzi avropalı ölkələri arxada qoymağa çalışırdı.

Teqlər