Yan 20, 2016 14:09 Asia/Baku

Mais Səfərli : "İran sanksiyalarının aradan götürülməsi dünya iqtisadiyyatının inkişafına gətirib çıxaracaq"

Səhər Beynəlxalq Telekanalının Azəri Radiosu İranın sanksiyalarının ləğv edilməsi və Neftin qiymətinin aşağı düşməsi haqda Az. R. Yurddaş Partiyasının sədri Mais Səfərliyə müraciət edib və onun fikirlərini bu haqda öyrənib.

Mayis səfərli deyib: İran sanksiyalarının aradan götürülməsi bizi bir qardaş ölkə olaraq sevindirir. Bu arada  İran neftinin dünya neft bazarına fəal şəkildə daxil olması neftin qiymətində təbii ki təsir göstərəcək. Amma hal-hazırda neftin qiymətinin aşağı düşməsi iqtisadi məsələlərlə bağlı deyil və bir başa dünyada gedən siyasi prosseslərlə bağlıdır. Bu siyasi proseslər öz həllini tapdıqdan sonra neftin qiyməti qalxacaq. Yəni İran sanksiyalarının aradan götürülməsi dünya iqtisadiyyatını canlandırmağa və bölgədə və dünyada iqtisadiyyatın canlandırılmasına və dövlətlər arası münasibətlərin daha da inkişafına gətirib çıxaracaq.

Teqlər