“Səudiyyə müştərilərini itirməmək üçün qiyməti azaldıb”
İlham Şaban: “Səudiyyə müştərilərini itirməmək üçün qiyməti azaldıb”
Səudiyyə rejimi Asiya bazarına ixrac etdiyi neftin qiymətini aşağı saldı. Səudiyyənin dövlət neft şirkəti olan "Aramko" regional neft qiymətlərinə nisbətdə Asiyaya ixrac etdiyi neftin qiymətini aşağı salıb. Səudiyyə Yəmənə qarşı həyata keçirdiyi hərbi təcavüzə görə, və Suriya ilə İraqda terrorçuları dəstəkləməsi səbəbindən, bu ölkənin büdcəsi son 4 ilin ən aşağı səviyyəsinə enib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib ki, İran neftin dünya bazarlarına çıxdıqdan sonra rəqabət daha ciddi vüsət alacaq: “Bu addım yaxın günlərdə bazara çıxmağa hazırlaşan İran neftinin müqabilində atılan addımdır. İran fevral ayının 16-dan gündə 160 min barel Avropanın ən iri neft şirkətlərindən olan Fransanın “Total” şirkətinə satacaq. Ümumiyyətlə isə İran cari ilin ilk yarımilliyində Avropa bazarına 300 min barel neft ixrac etməyi düşünür.
Səudiyyə Ərəbistanı dünya bazarında öz bazarını itirməmək üçün belə bir addım atıb. Bu ona dəlalət edir ki, İranın fikirləri neft ixracını artırmaq və Avropa bazarlarına nüfuz etmək istiqamətindədir. Təbii ki, İranın bu bazarda möhkəmlənməsini istəməyən əzəli rəqibləri var. Bu baxımdan da İranla rəqabəti gücləndirmək üçün öz bazarlarını qorumaq üçün neftin qiymətini öz müştərilərinə daha da ucuz təklif edir. İran neftin dünya bazarlarına çıxdıqdan sonra rəqabət daha ciddi vüsət alacaq”.
/Deyerler.org/