Mart 25, 2016 19:33 Asia/Baku
  •  “Son hadisələr Avropada dəyişikliklərə səbəb olacaq”

Əvəz Həsənov: “Son hadisələr Avropada dəyişikliklərə səbəb olacaq”

Fransa və Belçika terror hadisələrindən sonra Qərbin dəyərlərində müəyyən dəyişikliklərin olması ciddi şəkildə gündəmə gəlib. Belə ki, illərlə qorunub saxlanan dəyərlərə riayət etmək ciddi təhlükələr yarada bilər. Bu baxımdan ekspertlər hesab edir ki, Avropanın yeni düzənə daxil olması uzaq deyil. Artıq ölkə daxilində baş verən etirazlar hökumətləri müəyyən addımlar atamağa vadar edəcək.

Hüquq müdafiəçisi Əvəz Həsənov Deyerler.org-la fikirlərini bölüşərkən qeyd edib ki, Avropa da Şengen vizasının aradan qalxma təhlükəsi daha da reallaşacaq: “İlk növbədə Avropada radikal meyilli qrupların hakimiyyətə gəlmə şansları ciddi olaraq artdı. Daha çox sağ meyilli və Avropanın liberal dəyərlərinə milli dəyərlər qatmaq həvəsində olan qüvvələr aktivləşəcək.

 

Avropada insan haqları və demokaratiya ümumi dəyər prinsipləridir. Bu dəyərlərin Avropanın terrorla mübarizəsinə heç bir əlaqəsi yoxdur. Amma Qərbdə miqrantlara qarşı, xüsusən tolerantlığa qarşı ola bilsin ki, münasibətlər az da olsa dəyişsin.

 

Sağ mərkəzçi qüvvələrin hakimiyyətə gəlmələri ilə sosial proqramların azalması və xüsusən miqrantlara münasibətlərin dəyişməsində daha çox radikal mövqedə dayanacaqlar. Avropada Şengen vizasının aradan qalxma təhlükəsi daha da reallaşacaq. Avropa qanunvericiliyində müəyyən dəyişikliklər olacağı da istisna edilmir. Xüsusən sərhədlə bağlı məsələlərində müəyyən dəyişikliklər ola bilər. Amma bütün bu sadalananların Avropanın nə iqtisadi və valyuta zonasına, nə də ümumi konsalidasiyasına təsiri ola bilməz. Əksinə terror Avropada siyasi hakimiyyətin daha vahid bir mərkəzdən idarə olunmasına olan həvəsi artıracaq. Qərb anlayır ki, terrorla yalnız siyasi mübarizə mümkündür".

 

Teqlər