Manafov məhbus dindarların azadlığını vurğuladı
https://azeri.sahartv.ir/radio/radio_siyasət-i213391-manafov_məhbus_dindarların_azadlığını_vurğuladı
Azərbaycan Respublikasında Maarifçiliyə Dəvət İctimai Birliyinin sədri Hacı Elçin Manafov məhbus dindarların azad edilməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 02, 2016 11:31 Asia/Baku

Azərbaycan Respublikasında Maarifçiliyə Dəvət İctimai Birliyinin sədri Hacı Elçin Manafov məhbus dindarların azad edilməsini istəyib.

Azərbaycan İslam partiyasının sabiq sədr müavini Beynəlxalq Səhər Telekanalının Bakıdakı jurnalistinə verdiyi müsahibədə əlavə edib: Bu dindarlar heç bir səbəb və təqsiri olmadan saxlanılıb və azadlıqdan məhrum ediliblər. Onların həbsinin davam etməsi əsaslandırıla bilməz.

Azərbaycanlı tanınmış ilahiyyatçı həmçinin deyib: Azərbaycan Respublikası möminləri və vətəndaşları bu tanınmış simaların mənəvi və mədəni xidmətlərindən istifadə etməlidirlər.