Sen 16, 2016 18:22 Asia/Baku
  • Avstraliyada İslamafoblara xəbərdarlıq edildi
    Avstraliyada İslamafoblara xəbərdarlıq edildi

Avstraliyada İslamafoblara xəbərdarlıq edildi

Avstraliya baş naziri Malkolm Törnbull 3AW radiosuna açıqlamasında, partiyasının deputatı Corc Kristensenlə Vahid Millət Partiyasının (One Nation Party) lideri senator Paul Hansonun müsəlmanlar barəsində səsləndirdikləri ittihamedici bəyənatların ekstremistlərin əlinə fürsət verdiyini söyləyib.

Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, baş nazir Törnbull bütün müsəlmanların bir neçə nəfərin törətdiyi cinayətlərlə ittiham edilməsinin səhv və zərərli olduğunu bildirib. "Bütün müsəlmanları "vahimə" kimi göstərmək və ya uzaqlaşdırmağa çalışmaq, onların Avstraliyanın bir hissəsi olmadığını, yaxud da olmamaları lazım olduğunu demək ekstremist qrupların müsəlman cəmiyyətinə qarşı dediklərilə eynidir".

Miqrantlara və müsəlmanlara qarşı irqçi çıxışları ilə tanınan Hanson Avstraliya Senatındakı çıxışında, müsəlmanlar üçün miqrasiya qadağasının tətbiq edilməsini istəmişdir. Corc Kristensen isə Nümayəndələr Palatasındakı çıxışında, zorakılıq və ekstremizmin olduğu ölkələrdən miqrant qəbulunun məhdudlaşdırılması üçün müraciət edərək, son illərdə gələn miqrantların Avstraliya dəyərlərinə malik olmadığını bildirimişdir.

 

Teqlər