Suriyalı üsyançılara hava dəstəyi üzrə Türkiyə və Amerikanın ilkin razılaşması
May 27, 2015 16:47 Asia/Baku
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Suriya prezidenti Bəşşar Əsəd hökumətinə müxalif bəzi üsyançılara hava dəstəyinə dair Türkiyənin Amerika ilə ilkin razılaşmasından xəbər verib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Türkiyənin Daily Sabah qəzetinə müsahibə verən Çavuşoğlu əlavə edib: Amerikanın proqramına əsasən Türkiyə ərazisində təlim keçən müxaliflərə hava dəstəyi baş tutacaq.
Çavuşoğlunun bu açıqlaması bir çox media dairələri tərəfindən təhlillərlə üzləşdi.
Bəzilərinin qənaətincə, Əsəd müxaliflərinin bir qrupuna hava dəstəyinin zahirdə İŞİD terror qruplaşması əleyhinə proqram olmasına baxmayaraq, eyni zamanda Suriya dövlət qüvvələri ilə döyüşmək üçün əsasən Türkiyənin izlədiyi irimiqyaslı strategiyanın bir hissəsidir.
Türkiyə və ABŞ fevral ayında razılığa gəldilər ki, suriyalı üsyançılara təlim keçərək onları təchizatlandırsınlar.
Türkiyə hələ də Bəşşar Əsəd hökuməti ilə mübarizə üçün müxaliflərə təlim keçmək və onları dəstəkləməkdə israrlıdır. Buna görədir ki, regionun bir qrup mediası ABŞ və Türkiyənin son anlaşmasını Suriyada müharibə səhnəsinin daha da mürəkkəbləşməsinə səbəb olacaq amil kimi qiymətləndirir. Bu medialar Suriyadakı hazırkı vəziyyəti terrorizmi dəstəkləyənlər arasındakı koalisiyaların nəticəsi hesab edirlər. Əlbəttə onlar Suriyada siyasi stabillik və təhlükəsizliyin bərqərar olunması ardınca deyil, əsasən öz iqtisadi və siyasi mənafelərinin ardıncadırlar.
Son vaxtlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, İŞİD terror qruplaşması İraqın şimalında bəzi neft quyularını ələ keçirib və ehtiyac duyduğu silah-sursatı neftin satılması ilə əldə olunan gəlirlər vasitəsi ilə təmin edir. Əlbəttə çox az insan tapıla bilər ki, Türkiyənin ucuz qiymətə satılan bu neftin müştərilərindən olduğunu bilməsin. Belə ki, Ərdoğan dünyada insanlığın olmamasından söz açır. Halbuki onlar üçün neftin bir damcısının dəyəri bir damcı qandan üstün hesab olunur. Yenilərdə ABŞ prezidentinin müavini Co Bayden Harvard Universitetində etdiyi çıxışında deyib: Suriyadakı terrorçular, o cümlədən əl-Qaidə yaraqlıları Amerikanın regiondakı müttəfiqləri tərəfindən maliyyə və digər dəstəklərdən faydalanıblar.
Bayden əlavə edib: Bizim əsas problemimiz regiondakı müttəfiqlərimiz tərəfindən olmuşdur. Türkiyə və Ərəbistan bizim yaxşı dostlarımızdandırlar. Lakin onlar nə etdilər? Onların yeganə problemi Bəşşar Əsədi devirməkdir, əvəzedici müharibəyə daxil oldular və yüz milyonlarla dollar və on minlərlə ton silahı Bəşşar Əsəd əleyhinə döyüşməyə razılaşan hər bir şəxsə verdilər. Belə bir şəraitdə Amerika və Türkiyənin İŞİD əleyhinə suriyalı müxalifləri havadan dəstəkləmələrinin həlledici olduğunu demək çətindir. Lakin zahirdə göründüyü qədəri ilə Türkiyə üçün əhəmiyyəti olan məsələ bu ölkədə keçiriləcək seçkilərdən öncə önəmli istəklərdən birini əldə etməkdir. Bu isə Əsəd qarşısında Suriya müxaliflərini gücləndirmək üçün Vaşinqton və Ankara arasında yekun bir rəyi əldə etmişdir. Bu istiqamətdə rəsmi Ankara ümidvardır ki, İŞİD terror qruplaşması ilə mübarizə adı altında parlament rəqabətindən öz xeyrinə istifadə edə biləcək.