lham Şaban: “Rusiya-Türkiyə gərginliyinin neftin qiymətinə təsiri oldu”
Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra neft bahalaşmağa başlayıb.
Neft İxrac Edən Ölkələrin Təşkilatı (OPEK) isə istehsalı azaltmağı
nəzərdən keçirir. Bunu CNBC yazır. Təhlilçilərin fikrincə, Suriya
sərhədində baş verənlər neftin qiymətinə birbaşa təsir göstərir.
Dünyanın ikinci neft istehsalçısı Səudiyyə Ərəbistanı isə nəhayət ki,
istehsalı azaltmağa hazırdır. Gələn həftə OPEK-in toplantısı
keçiriləcək.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib ki, birjalar bu prosesə çox həssas yanaşdılar: “Türkiyə tərəfindən Rusiya təyyarəsinin vurulmasından sonra neftin qiyməti gözlənilməyəcək dərəcədə qalxdı. 2 dollarlıq artımı neftin indiki zaman üçün çox böyük artım hesab etmək olar. 2 gün neftin qiyməti bu səviyyədə qaldı. Neftin qiymətinin bu dərəcədə artmasına səbəb iri neft hasilatçısı və həmin hasilatçının Yaxın Şərqdə aktiv proseslərə başladığı vaxt müddətində ilk zərbəni alması ilə bağlıdır. Digər tərəfdən, elə bir ölkə ilə toqquşma baş verdi ki, həmin ölkə ilə çox böyük bir enerji əlaqələri var. Bu ölkə bir il ərzində 50 milyard dollara yaxın enerji idxalçısı kimi tanınır. Bu baxımdan, birjalar bu prosesə çox həssas yanaşdılar və neftin qiyməti qalxdı. Amma bu insidentin 3-cü günü neftin qiymətlərinin aşağıya doğru endiyinin şahidi olduq. Bu da onunla bağlıdır ki, ABŞ bazarında neft ehtiyatlarının artması xəbərləri gəldi. Eyni zamanda, nəzərdən qaçırmaq olmaz ki, ABŞ da “Şükran” bayramı ilə bağlı birjalar işləmir. Qeyd edirlər ki, ABŞ-da hər şey sakitdir. Bu sakitlik bazarlara öz təsirini göstərir. Digər bir amil də var ki, Türkiyə və Rusiyada iqtisadi aktivlik aşağı enir. Bu da enerjiyə olan tələbatı azaldır. Bu baxımdan düya bazarında neftin qiymətinin enməsini müşahidə edirik”.
/dəyərlər/