Dek 16, 2015 00:13 Asia/Baku
  • ABŞ öz ərazisində olan ştatları hansı üsullarla ələ keçirdib?
    ABŞ öz ərazisində olan ştatları hansı üsullarla ələ keçirdib?

Quam, Filippin, Puerto-Riko adaları İspaniya-ABŞ arasındakı müharibələrdən sonra 10 dekabr 1898-də imzalanmış Paris müqaviləsi ilə, 20 milyon dollar pul qarşılığında, ABŞ höküməti tərəfindən alınmışdır.

Günümüzdə isə, bu adalar, ABŞ-ın ən mənfəət gətirən əraziləri kimi tanınmaqdadır.

 

Florida

Florida amerikalılar üçün köhnə və yeni dünyada bir zamanlar xoşbəxtliyin simvolu kimi tananırdı. Buna baxmayaraq, Florida ştatı da ABŞ hökümətinin olmayıb və İspaniyadan kiçik məbləğdə pul müqabilində alınmışdır. Bu razılaşma isə, ABŞ-ın Avropa dövlətləri ilə müharibəsindən sonra baş tutmuşdur. Bundan əlavə, ABŞ höküməti, Floridanın hər kvadrat kilometrinə müəyyən məbləğ ödəmişdir ki, bu da bu ştatın nə qədər zəngin sərvətlərə malik olmasını göstərir. Rəsmi rəqəmlərə görə, Vaşiqton bu ştatı ələ keçirmək üçün 5.5 milyon dollar pul ödəyib. Lakin qeyri-rəsmi rəqəmlərə görə, İspaniya tərəfinin açıqlamalarına görə, bu rəqəm daha da az olub. Floridanın 300-illik tarixi keçmişi vardır. ABŞ hökuməti müqavilə ilə 1819-cu ildə Floridanın ABŞ ərazilərinə qatılmasına nail ola bildi. İmzalama mərasimində İspaniyanın xarici işlər naziri Luis de Onis və ABŞ rəsmisi Con Adams iştirak edib və sənədi imzalayıblar.

ABŞ öz ərazisində olan ştatları hansı üsullarla ələ keçirdib?

 

 

Luiziana

Luiziana 2.1 milyon kvadrat km ərazi ilə, ABŞ hökümətinin 23% ərazisini təşkil etməkdədir. Maraqlısı budur ki, ABŞ-ın bu günə qədər pulla aldığı ərazilər arasında ən böyük və ən ucuz ştat olaraq hesab edilməkdədir. Ərazi Fransa hökümətinə məxus idi. Lakin Fransa hömükəti ərazini 1800-cü ilin əvvələrində 15 milyon dollara ABŞ hökümətinə satdı. Bu isə, çox gülünc məbləğ idi. Belə ki, ərazinin hər bir hektarı sadəcə olaraq 7 dollara düşürdü. Buna baxmayaraq, Fransa höküməti 2.1 milyon kvadrat km ərazisi olan Louisiana ştatını, ABŞ-a satmış oldu. Bundan əlavə, 15 milyon dollar bir dəfəyə yox, Kredit şəkilində Fransa hökumətinə ödəndi.

 

Alyaska

Alyaska Rusiya ərazisi olmaqla yanaşı, 1867-ci ildə, Rusiya əraziləri içində ən əlverişsiz ərazisi kimi tanınmaqda idi. Buna görə də, 1867-ci ildə Ərazi Rusiya höküməti tərəfindən Şimali Amerikaya 7.2 milyon dollara satıldı. Bu rəqəm 2013-cü ilin alıcılıq qabiliyyətinə görə, 107 milyon dollar edirdi. Buna baxmayaraq, 7.2 milyon dolların 1.5 milyon kvadrat km əraziyə verilməsi ilə, hər hektar 5 sentə düşürdü. ABŞ hökuməti ilk əvvəllərdə buraya əlverişsiz yer kimi baxsa da, daha sonralar burda nəhəng miqyaslı qızıl yataqları aşkar edildikdən sonra, Alyaska iqtisadi gücə malik bir yerə çevrildi.

 

 

 

Vircin adaları

Vircin adalarının alınmasının çox maraqlı tarixi vardır. 25 milyon dollara Danimarkadan 3-cü cəhddə alınan Vircin adaları, öz əlverişli təbiəti, mineral su resursları ilə fərqlənməkdədir. 1946-cı ilə, Danimarka hökümətinin imtinasına görə, ərazi tam alına bilmirdi. Buna baxmayaraq, 1946-cı ildə, 3 dəfə təklifdən sonra Danimarka hökümətinin məcburi razılaşmaya gətirilməsindən sonra ərazi ABŞ-ın tərkibinə qatılmış oldu.

 

Kaliforniya, Nyu-Meksiko, Arizona, Nevada və s. ərazilər

Kaliforniya, Nyu-Meksiko, Arizona, Nevada, 1845-ci ildə Yuta ərazilərini Meksikadan almaq üçün ABŞ müharibə elan etdi. Bundan əlavə, Meksikanın ən tanınmış ərazisi olan Texasın da ərazinin ABŞ tərəfindən istənilməsi, Meksika hökumətinin müharibəyə başlamasına zəmin yaratdı. Müharibəni "alovlandıran" səbəb isə, ABŞ-ın Texası zor gücünə zəbt edərək, öz ərazilərinə qatması oldu. Buna etiraz edən Mesika, 1845-ci ildə ABŞ-Meksika müharibəsini başlatdı. Müharibə isə, ABŞ hökümətinin hərbi üstünlüyü və maddi imkanına görə, daha da pis nəticələrlə bitdi. Belə ki, müharibənin əvvəlində ABŞ höküməti, Meksikanın müəyyən ərazilərini ələ keçirmək istəyirdisə, müharibədən sonra ABŞ höküməti Meksikanın daha 3 əlavə ərazisi olan Yuxarı Kaliforniya, Nyu-Meksika və aşağı Rio-Qrande ərazilərini də ələ keçirdi. Bu, Qvadelupe-İdalqo müqaviləsi əsasında baş verdi. Bunun nəticəsində isə, Meksikanın 1853-cü ildə sahəsi yarı-yarıya azaldı. ABŞ hökümətinin ərazisinə isə Kaliforniya, Nyu-Meksiko, Arizona, Nevada, Yuta kimi ərazilər zor gücünə əlavə olundu.

ABŞ öz ərazisində olan ştatları hansı üsullarla ələ keçirdib?

Teqlər