Yan 17, 2016 21:34 Asia/Baku
  • ŞİD-i dəstəkləyən dövlətlər öz əvvəlki niyyətlərindən geri çəkilməyiblər\\\
    ŞİD-i dəstəkləyən dövlətlər öz əvvəlki niyyətlərindən geri çəkilməyiblər\\\"

Zərdüşt Əlizadə: "İŞİD-i dəstəkləyən dövlətlər öz əvvəlki niyyətlərindən geri çəkilməyiblər"


Yaxın Şərqdən gələn xəbərlərə görə, İŞİD bütün cəbhələrdə ciddi itkilər verməkdədir. Bu günlərdə 137 terrorçunun məhv edilməsi xəbəri də KİV-lərdə öz yerini tapmışdı. Ekspertlər qeyd edirlər ki, artıq İŞİD-in məhv edilməsi üçün “düymə”yə basılıb. İŞİD getdikcə daha ciddi itkilər verəcək. İŞİD-ə dəstək verən qüvvələr artıq eyni dəstəyi vermir və ya tamami ilə bu yardımı dayandırıblar.

 

Mövzu ilə bağlı politoloq Zərdüşt Əlizadə Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, İŞİD-ə qarşı qələbədən danışmaq çox tezdir: “Bu gün İŞİD-in məğlubiyyətindən yazan dünya KİV-ləri qeyd edirlər ki, artıq döyüşlər dəyişən uğurla gedir. Yəni, əvvəlki döyüşlərdə İŞİD uğur qazanırdısa, indi onun əks tərəfi ciddi uğurlar qazanır.

 

Amma İŞİD-ə qarşı əldə edilən bütün uğurlara baxmayaraq, qələbədən danışmaq çox tezdir. Çünki, İŞİD-i yaradan mənbələr, dəstəkləyən mənbələr və İŞİD-dən istifadə maraqları hәlә yaşayır. Sadəcə bu gün İran, İraq, Suriya ordusu, Rusiya aviasiyasi, müəyyən mənada Fransa və ABŞ aviasiyası öz işlərini görür. Kürdlər intensiv hücumlar keçirirlər.

Hələlik İŞİD indiki mərhələdə geri çəkilir və uğurusuzluqlara düçar olur. Heç kəs İŞİD-in yenidən ciddi hücumlara keçməyəcəyini və uğurlar qazanmayacağını zəmanət verə bilməz. İŞİD-i dəstəkləyən dövlətlər öz əvvəlki niyyətlərindən geri çəkilməyiblər. Sadəcə İŞİD-in uğurlarını istəməyən qüvvələr daha fəal işləməyə başlayıblar. Bu baxımdan, İŞİD bir qədər geri çəkilib. Ola bilər ki, İŞİD-in arxasında duran və ona yardım edən dövlətlər yardımlarını artırsınlar. Onda İŞİD yenidən aktivləşə bilər”.

 

/Deyerler.org/


Teqlər