Eldəniz Quliyev: “Hökumət artıq anlayıb ki...”
Son günlər Qərbin bir çox nümayəndələri, təşkilatları Azərbaycana səfərlər edir.
Azərbaycan
tərəfinin də Qərblə münasibətlərində fərqli çığır açıldığı sezilməyə
başlayır. Bu günlərdə isə BMT Asiya va Sakit Okean üzrə iqtisadi va
sosial məsələlərə dair icraçı katibi Şamşad Axtar Azərbaycana səfər
edəcək. Ekspertlər bu səfərlərin inkişaf da perspektivlərini istisna
etmirlər.
Ziyalılar Birliyin sədri Eldəniz Quliyev deyib ki, Qərb nümayəndələrinin ölkəyə səfərlər etməsi həmin körüplərin bərpasına olan cəhdlərdir: “Düşünürəm ki, hökumət artıq anlayıb ki, Qərblə körpüləri birdəfəlik yandırmaq olmaz. Bu heç də yaxşı nəticələr vəd etmir.
Bu baxımdan son günlərdə Qərb nümayəndələrinin ölkəyə səfərlər etməsi həmin körüplərin bərpasına olan cəhdlərdir. Hər halda dərk etməliyik ki, Azərbaycan həm də Avropanın bir hissəsidir. Bu baxımdan gərək Qərblə siyasi münasibətlərə barmaqarası baxmasın. Bu addımlar Azərbaycanın gələcək inkişafına müsbət təsirlər göstərməyəcək.
Avropa ilə sərt ritorika davam etsə ölkə bundan xeyir tapmayacaq. Hər halda Qərblə də münasibətlər ikitərəfli yoldur. Qərb son nəticədə Azərbaycana münasibətdə ciddi addım ata bilər. Ortada ABŞ-ın Azərbaycana qarşı sanksiyaların tətbiqi məsələsi də var. Bu münasibətlər Qərbə də sirayət edə bilər. Bu baxımdan Azərbaycan gərək xarici siyasət istiqamətində ciddi işlər görə bilsin”.
/Deyerler.org/