“Tramp psixoloji baxımdan qeyri-adekvat şəxsə oxşayır”
Fikrət Sadıqov: “Tramp psixoloji baxımdan qeyri-adekvat şəxsə oxşayır”
2016-ci il ABŞ-da prezident seçkiləri ilidir. Belə ki, hazırkı prezident B.Obama artıq ikinci dönəmini də baş vurduğu üçün mütləq şəkildə həmin postu tərk etməldir. Bu da namizdələr arasındakı rəqabəti daha da kəskinləşdirir. Bu gün ABŞ prezidentliyinə iki namizəd arasında daha kəskin mübarizə gedir. Bu respublikaçı Donald Tramp və demokart Hillari Klintondur.
Politoloq Fikrət Sadıqov deyib ki, prezidentliyə namizədlər seçicilərin xoşuna gəlmək üçün müəyyən ifadələrdən istifadə edir: “Əslində ABŞ-da prezident seçkilərinə kifayət qədər vaxt var. Təsadüfi proseslərin istisna olunmamasını nəzərə almaq lazımdır. Amma ABŞ prezidentliyi uğrunda mübarizə əsasən bu iki şəxs - respublikaçı D.Tramp və demokart H.Klinton arasında gedəcək. Hər iki namizədin kifayət qədər ciddi elektoratı var. İndidən bu istiqamətdə dəqiq proqnoz vermək çox çətindir. Amma Tramp bir sıra xoşagəlməz islamofob və qeyrı-adi ifadələrlə yadda qalır.
Əslində Tramp psixoloji baxımdan qeyri-adekvat bir şəxsə oxşayır. Dünya ictimaiyyətinə isə Klinton daha çox tanışdır. Çünki, bir zaman dövlət katibi olub. Vaxtı ilə Bill Klintonun həyat yoldaşı kimi də tanınıb. Digər tərəfdən məlumdur ki, prezidentliyə namizədlər seçicilərin xoşuna gəlmək üçün müəyyən ifadələrdən istifadə edir. Bu heç də o demək deyil ki, sonradan elə həmin namizədlər dediklərinə mütləq riayət edir. Hətta prezidentlik müddətində dediklərinin tam əksinə addımlar da atır. Düşünürəm ki, vaxt var və bu istiqamətdə çox ciddi mübarizə gedəcək. Hətta hansısa beynəlxalq münasibətlərdə baş verən hadisələr seçkilərə neqativ və ya pozitiv təsirini də qoya bilər”.
/Deyerler.org/