Fev 10, 2016 19:01 Asia/Baku
  • üzeyr cəfərov
    üzeyr cəfərov

Üzeyir Cəfərov:"Mən heç vaxt görmədim ki, ABŞ Dağlıq Qarabağda ermənilərn törətdiyi vəhşiliyi məlumat kimi paylaşsın"

zərbaycan ordusunun Ermənistanla sərhəddə, Qazax rayonu istiqamətində strateji əhəmiyyətli “Odundağ” yüksəkliyinə nəzarəti təmin edərək orada möhkəmlənməsi ABŞ özəl kəşfiyyat araşdırmaları mərkəzi “Stratfor”un diqqətini cəlb edib. “Odundağ” yüksəkliyi Ermənistanın Noemberyan rayonu ilə Azərbaycanın Qazax rayonunun sərhədində – Bağanis kəndi yaxınlığında yerləşir.

 hərbi ekspert Üzeyir Cəfərov deyib ki, ABŞ-ın Dağlıq Qarabağa diqqətini lazımı səviyyədə deyil: “ABŞ kəşfiyyatının Azərbaycan ərazisi olan Odundağla bağlı hansısa məlumatı əldə etməsi ilk baxışdan çox maraqlıdır. Bu məlumatı Azərbaycan tərəfi ABŞ səfirliyinin sorğusuna cavab olaraq verib. Bizim amerikalı dostlarımız da bu məlumatı öz uğurları kimi təqdim etmək istəyirlər. Biz bu vaxta qədər ABŞ-ın Qarabağa diqqətini lazımı səviyyədə olmasını hiss etməmişik. Əgər ABŞ tərəfinin marağı olsaydı, bu vaxta qədər bir dəfə də olsa dilinə işğalçı sözünü gətirərdi.

Təəssüflər olsun ki, erməni tərəfini bir dəfə də olsun işğalçı kimi qeyd etməyiblər. Əgər ABŞ bu vaxta qədər Dağlıq Qarabağ münaqişəsinə diqqətini artırsaydı Rusiya da özünü bu cür cəsarətli aparmazdı. ATƏT-in Minsk qrupu həmsədri olan ölkələr kimi, ortaya bir nəticə qoyulmalı idi. Dağlıq Qarabağ onların heç vaxt maraq dairəsində olmayıb. Əslində Odundağ yüksəkliyi məsələsinin o cür təqdim edilməsinin tam əleyhinəyəm. ABŞ-da bir çox qurumlar bir-biri ilə əlaqəli işləyirlər.

Bu baxımdan təşkilatlardan biri hər hansısa bir məlumat əldə edərkən digərləri ilə paylaşırlar. Mən heç vaxt görmədim ki, ABŞ Dağlıq Qarabağda ermənilərn törətdiyi hər hansısa bir vəhşiliyi məlumat kimi paylaşsın. Bu gün Odundağ haqqında məlumatın o cür təqdim edilməsi Azərbaycan tərəfinin atəşkəs rejimini pozması kimi təqdim ediləcək. Azərbaycan Silhalı Qüvvələri sadəcə həmin starteji yüksəklikdə istehkam bərkitmə işləri görüblər. Orada heç bir hərbi əməliyyat olmayıb. Müdafiə Naziliyi məlumatları yayarkən müəyən dərəcədə təqdimatında dəyişikliklər etsə daha yaxşı olar”.


 


Teqlər