“Cəbhə xəttində baş verənlər beynəlxalq qurumlar tərəfindən sifariş olunub”
Üzeyir Cəfərov: “Cəbhə xəttində baş verənlər beynəlxalq qurumlar tərəfindən sifariş olunub”
Azərbaycanla Ermənistan təmas xəttindən yenə ağrılı xəbərlər gəlməkdədir. Azərbaycan tərәfi iki hərbçi şəhid verib. Atәşkәsin qorunması, hәmçinin işğal edilәn torpaqlardan ermәnilәrin çıxarılması istiqamәtindә atılan addımların heç bir nəticə verməməsi şəhidlərin sayının günü-gündən artmasına səbəb olur. Minsk qrupunun həmsədr ölkələri də Ermənistan tərəfini bir işğalçı kimi ciddi təzyiqlərə məruz qoymaması problemin uzanmasına səbəb olur. Ekspertlər Dağlıq Qarabağ münaqişəsini Azərbaycan-Ermənistan arasında olan bir münaqişə kimi deyil, güc mərkəzləri arasında rəqabətin nəticəsi kimi dəyərləndirirlər.
Mövzu ilə bağlıhərbi ekspert Üzeyir Cəfərov deyib ki, şəhidlərin məsuliyyəti öz vicdanlılıq hissini itirmiş Minsk qrupunun üzərindədir: “Cəbhə xəttində baş verən hadisələr birbaşa idarə olunan hadisələrdir. Bu hadisələr kənardan idarə olunur. Məlum olduğu kimi, aprel ayının əvvəllərində ABŞ-da Azərbaycan və Ermənəstan ölkə başçılarının bir araya gəlməsi üçün ATƏT-in Minsk qrupunun həmsədirləri çox ciddi səy göstərirlər. Əslində cəbhə xəttində baş verən olaylar beynəlxalq qurumlar tərəfindən sifariş olunmuş bir işdir. Bunun da nəticəsində bizim günahsız hərbçilərimiz şəhid olur.
Bütün bu şəhidlərin məsuliyyəti öz vicdanlılıq hissini itirmiş Minsk qrupunun üzərindədir. Onlar ortaya heç bir nəticə qoymayıblar. Vəziyyəti gərginləşdirməklə bir növ görüntü yaratmaq istəyirlər ki, guya onlar sülh yaratmaq missiyasına nail olacaqlar. Əslinə qalsa, onlar üçün belə bir vəziyyət göydəndüşmə fürsətdir. Onlar bundan sonra da rahat həyatlarını sürəcəklər. Diqqət edək ki, Azərbaycan hərbçiləri şəhid olub hələ də Minsk qrupu həmsədrlərindən heç bir reaksiya yoxdur.
Onu da qeyd edim ki, həmsədrlərlə yanaşı Azərbaycanla dostluq münasibətində olan, eyni zamanda Ermənistanla da yaxşı münasibətdə olan ölkələri də qınayıram. Onlar Ermənistana beynəlxalq hüquq və normalara riayət etməyə çağrış etmirlər. Bu vəziyyət belə də davam edir. Bu cür davam edəcəksə hәmin susan dövlətlər bir gün bizi çox çıxılmaz vəziyyətə sala bilərlər”.
/Deyerler.org/