İyul 19, 2016 18:45 Asia/Baku
  • “Tələsik atılan addım Türkiyənin nüfuzuna zərbə

Üzeyir Cəfərov: “Tələsik atılan addım Türkiyənin nüfuzuna zərbə vura bilər”

Türkiyədə baş verən hadisələrdən sonra qısa zaman ərzində minlərlə zabit, əsgər və 100-dən yuxarı general həbs edilib. Bu insanlarla bağlı Türkiyə KİV-lərində çox ciddi məlumatlar verilir. Bu istiqamətə gedən proseslər müxtəlif şərhələrlə qeyd edilir. Bu qədər insanın bir neçə günün içində həbs edilməsi təbii ki, müəyyən şübhələr yaradır. Hər halda ekspertlərin fikrincə yaxın gələcək üçün müəyyən qaranlıq məqamlara aydınlıq gələcək.

Hərbi ekspert Üzeyir Cəfərov  deyib ki, Türkiyədə baş verən proseslərlə bağlı bir qədər tələskənliyə yol verilir: “Bu prosesdə günahı olub olmayan insanlar eyni cərgəyə qoyulurlar. Dünən hərbi hava qüvvələrinin sabiq komandanı ordu generalı Akın Öztürk ona qarşı irəli sürülən bütün iradları rədd edib. O qeyd edib ki, çevrilişin ilk dəqiqələrindən Silahlı Qüvvələrin baş qərargah rəisi Ulusu Akınla bərabər olub. Halbuki Akın Öztürkü çevrilişin başında duran insan kimi qələmə verirlər. Diqqət etsək görərik ki, dünən tutulan generallardan birini azad ediblər. Bu məsələdə tələsik atılan addım Türkiyə dövlətinin nüfuzuna zərbə vura bilər. Bu ölkənin Silahlı Qüvvələridir və hər bir addım qanun çərçivəsində atılmalıdır. Eyni zamanda Silahlı Qüvvələrin şəxsi heyyətinə qarşı fiziki zorakılığa əl atan şəxslər aşkarlanıb cəzasına çatdırılmalıdır. Türkiyə Silahlı Qüvvələri türk dünyasının qürur yeridir. Bu müddət ərzində xeyli sayda generallar, admirallar həbsə atılıb. Bu baş verənlər xoşagəlməz hadisələrdir və ciddi nəticələr çıxartmaq lazımdır. Bu gün Ərdoğanın idarəçiliyinin üstünlüyündən danışırlar. Amma Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) baş vermiş hadisələri vaxtında ortaya çıxartmaması məsələsi ortaya çıxır. Məlum olur ki, Türkiyə Silahlı Qüvvvələrinin baş qərargah rəisi ümumiyyətlə məlumatlandırılmayıb. Yəni ümumi olaraq götürlsə demək olar ki, bu istiqamətdə ciddi işlər aparılmalıdır”.

 

Deyerler.Org

Teqlər