“Türkiyə hökuməti artıq hər kəsi real düşmən olaraq görür”
Hikmət Hacızadə: “Türkiyə hökuməti artıq hər kəsi real düşmən olaraq görür”
Türkiyədə baş verən hadisələrdən həmən sonra proseslərin arxasında müəyyən qüvvələrin dayandığı ilə bağlı iddialar ortayua qoyuldu. Bu iddilardan biri də ABŞ-la bağlı idi. Belə ki, Türkiyənin əmək və sosial təminat naziri Süleyman Sölüz deyib ki, ABŞ hakimiyyəti Türkiyədəki dövlət çevrilişinə cəhdin təşkilatçılığının arxasında durur”.
Politoloq Hikmət Hacızadə deyib ki, Türkiyədə baş verən proseslər adamı sadəcə məyus edir: “Baş verən proseslərdən həmən sonra qiyamda ABŞ-ın əlinin olduğu iddia edilməsi sadəcə şizofreniyalıqdır. Baş verən olaylardan keçirilən sarsıntıların, emosionallığın nəticəsi olaraq Türkiyə hökuməti hər kəsi real düşmən olaraq görür. Türkiyə artıq hər yerdə düşmən görür və hər şübhəli davranışı real risk olaraq dəyərləndirirlər. Türkiyə baş verən qiyamda ABŞ-ın əlinin olduğunu iddia edirsə sübutunu gətirib ortaya qoysun. Baş verənləri ümumiyyətlə xaotik proseslər kimi dəyərləndirmək olar. İndidə ANS-in üstünə düşüblər. Baş verənlər bizi çox məyyus edir. Bu iddialar faktlara əsaslanmalıdır. Əks halda boş sözlərdir”.
Deyerler.org