“ANS-in bağlanması rəsmi Bakının Türkiyəyə bir mövqe nümayişdir”
-
Mehman Əliyev: “ANS-in bağlanması rəsmi Bakının Türkiyəyə bir mövqe nümayişdir”
Mehman Əliyev: “ANS-in bağlanması rəsmi Bakının Türkiyəyə bir mövqe nümayişdir”
Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS-in yayımının bir ay müddətinə dayandırılması ilə bağlı qərar qəbul edib. MTRŞ qərarını ANS telekanalının ayrı-ayrı reportajlarında, müsahibələrdə Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən hadisələrin “hakimiyyət tərəfindən təşkil edilən şou” olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışdığını, həmçinin, ANS-in ABŞ-dakı əməkdaşının Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Güləndən müsahibə alıb, bu müsahibənin yerli və xarici KİV-lər vasitəsilə anons edilməsi ilə əsaslandırıb. Şuranın məlumatında, həmçinin, Türkiyənin hakimiyyət orqanları, bu ölkənin səfirliyi Azərbaycanın dövlət qurumlarına müraciət edərək məsələ ilə bağlı dərin narahatlıqlarını bildirib və müvafiq tədbir görülməsini xahiş edilib.
“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyib ki, zaman-zaman ANS-ə qarşı silsilə ittihamlar, təzyiqlər olub: “Bu gün ANS-lə bağlı baş verənlər proseslərin məntiqi davamıdır. Sadəcə olaraq vəziyyətdən istifadə edib fürsət kimi ANS-in bağlanması prosesinə start veriblər. Ümumiyyətlə bir çox dairələr, o cümlədən Prezident Adminstrasiyası da maraqlı idi ki, ANS bağlansın. Bu baxımdan baş verənlər illərlə ANS-ə qarşı aparılan proseslərin davamıdır.
Əslində məlumdur ki, yarımçıq müstəqil olunmur, ya müstəqilsən ya da asılısan. Bunun başqa bir tərəfi yoxdur. Amma ANS məsələsi birbaşa Türkiyə olaylarına bağlıdır. Ərdoğanın birbaşa iradından sonra, Azərbaycan Türkiyə göstərmək istəyir ki, hakimiyyət ANS-in bu cür addımlarını dəstəkləmir. Yəni, ölkədə fərqli yanaşma var. Bu addım həmçinin həmin mövqenin nümayişidir”.